Icma.az
close
up
RU
Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi nəyə işarədir?

Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi nəyə işarədir?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yuxuda gördüklərimizin sonradan gerçəkləşməsi çox rastlanan haldır. Psixologiyada bunun bir neçə elmi izahı var. Bunlar tamamilə normal proseslərdir".
Bizim.Media xəbər verir ki, bu barədə psixoloq Əbdül Səlimli “Baku.ws”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yuxu zamanı beyin gün ərzində topladığı məlumatları, hissləri və ehtimalları (qurduğumuz xəyalları) işləyir.
"İnsan bəzən müəyyən situasiyaların baş verdiyinin xəyalını qurur. Yuxu sadəcə beynin həmin xəyalları modelləşdirməsidir. Biz hər gecə yuxu görürük, amma yalnız reallıqla uyğunlaşanı yada salırıq. Bu, psixologiyada selektiv yaddaş adlanır. Yəni uyğun gələn yuxunu xatırlayırıq, uyğun gəlməyən yüzlərlə yuxunu isə unuduruq", - deyə Əbdül Səlimli bildirib.
Ekspertin fikrincə, insanın gündəlik həyatda daşıdığı narahatlıq və ya gözləntilər yuxularda öz əksini tapır:
"Hadisə sonradan baş verəndə isə bu, "yuxumda görmüşdüm" təəssüratı yaradır. Bəzən beyin yeni vəziyyəti səhvən tanış kimi qəbul edir və insana elə gəlir ki, bunu öncədən yuxuda görmüşdü. Bu, qısa müddətli yaddaşın işləmə mexanizmi ilə bağlıdır.
Əksər hallarda yuxular birbaşa deyil, simvolik olur. Məsələn, yuxuda müharibə və ya döyüş meydanı görmək, ertəsi gün sadə bir mübahisə yaşandıqda "yuxu çıxdı" kimi qəbul edilir.


Bu hadisələr nə mistik, nə də fövqəltəbii bir haldır. Beynin məlumatları emal etməsi, yaddaşın seçici işləməsi və gündəlik emosional yüklənmənin nəticəsi olaraq formalaşan tamamilə normal psixoloji mexanizmdir".
Əbdül Səlimli əlavə edib ki, beyin gün ərzində gördüyümüz, eşitdiyimiz, hiss etdiyimiz hər məlumatı qeyd edir:
"Biz isə diqqət yetirdiyimiz qədərinin fərqində oluruq. Gün ərzində fərqində olmadığımız bir çox məlumat yuxumuzu formalaşdırır bu da sanki bilmədiyimiz ya da heç görmədiyimiz məlumatları yuxuda alırmışıq kimi hiss etdirir.
Diqqət etməli olduğumuz əsas məsələ düzgün yuxu rejmi, psixoloji sağlamlıq və düzgün qidalanma ilə günün yorğunluğunu və stresini üstümüzdən atmaqdır".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri