Icma.az
close
up
RU
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq YENİ KƏŞF

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq YENİ KƏŞF

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın "REMSpace” texnologiya startapı, aydın yuxu vasitəsilə iki nəfər arasında ünsiyyət qurmağın mümkünlüyünü iddia edir. Şirkət bu nailiyyəti başa bərkidilən və WiFi vasitəsilə serverə qoşulan xüsusi cihazın köməyi ilə həyata keçirdiklərini bildirib.

Ölkə.az AZƏRTAC-a istinadla xəbər verir ki, təcrübə zamanı hər iki iştirakçı aydın yuxu vəziyyətində olub. Şirkətin məlumatına görə, cihaz vasitəsilə iştirakçıların beyin dalğaları və ürək döyüntüləri izlənilib. Əvvəlcə aydın yuxuya girən iştirakçıya gizli bir söz çatdırılıb. Daha sonra bu mesaj, ikinci iştirakçı aydın yuxu vəziyyətinə keçdikdə ona ötürülüb. Təcrübənin nəticələrinə əsasən, ikinci iştirakçı yuxu vəziyyətində aldığı mesajı ayıldıqdan sonra düzgün şəkildə təkrar edib.

"REMSpace” bu nailiyyəti "ilk yuxu söhbəti” adlandırır. Lakin eksperimentin nəticələri hələ tanınmış elmi jurnalda dərc olunmayıb. Bu da müstəqil tədqiqatçılar tərəfindən nəticələrin təsdiqlənmədiyini göstərir. Şirkət, təqdim edilən məqalənin yaxın iki-altı ay ərzində nəşr olunacağını qeyd edib.

"REMSpace”in baş direktoru Maykl Raduqa bu texnologiyanın elm dünyasında inqilabi bir dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yuxuya nəzarət süni intellektdən sonra növbəti böyük sənaye sahəsi ola bilər. O, oktyabrın 8-də keçirilən ikinci təcrübənin də müvəffəqiyyətlə başa çatdığını iddia edib. M.Raduqa bildirib: "Dünən yuxularda ünsiyyət qurmaq elmi fantastika kimi görünürdü. Sabah bu texnologiya o qədər geniş yayılacaq ki, onsuz necə yaşadığımızı təsəvvür edə bilməyəcəyik”.

Bu yeni texnologiya, aydın yuxuların tədqiqində əhəmiyyətli bir mərhələ olmaqla yanaşı, elmi ictimaiyyət tərəfindən daha geniş miqyasda qiymətləndirilməsini gözləyir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri