Yuxudan oyandıqdan sonra ağız qoxusunu aradan qaldırmağın qeyri adi yolu
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Ortodont Rendi Kunik səhərlər ağızda yaranan xoşagəlməz qoxudan qurtulmağın sadə və qeyri-adi üsulunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, "20minutos" nəşrinə müsahibəsində bu haqda bildirib.
Bu problemdən xilas olmaq üçün yatmazdan əvvəl bir fincan yaşıl çay içmək kifayət edə bilər.
Həkimin sözlərinə görə, yuxu zamanı ağız boşluğunda tüpürcək istehsalının azalması bakteriyaların sürətlə çoxalmasına və nəticədə xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Yaşıl çay isə antibakterial xüsusiyyətlərə malikdir və onun tərkibindəki polifenollar və sink bu bakteriyalara qarşı effektiv təsir göstərir.
“Yaşıl çay ağız boşluğundakı patogen bakteriyaların sayını azaldır və bununla da səhərlər yaranan pis qoxunun qarşısını alır. Bu təsir elmi tədqiqatlarla da sübuta yetirilib,” – deyə Kunik vurğulayıb.
Aytəkin TOFİQQIZI
Qeyd edək ki, daha əvvəl diş həkimi Olqa Çepurkova da ağız gigiyenası ilə bağlı vacib məqamlara toxunaraq, insanların 80 faizinin bakterial lövhəni düzgün şəkildə təmizləmədiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 May 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















