Icma.az
close
up
RU
Yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil PSİXOLOQ İZAH ETDİ

Yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil PSİXOLOQ İZAH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuxular insanın əsrlər boyu maraq dairəsində olan, bəzən sirli, bəzən isə izaholunmaz görünən bir fenomen olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, insanın keçirdiyi duyğular və psixoloji vəziyyəti yuxuların məzmununu birbaşa təsir edir: "Məsələn: Stress və narahatlıq dövrlərində insanlar daha tez-tez qarabasma, qaçma, təqib olunma və ya idarəedilməz situasiyalarla bağlı yuxular görür.

Travma keçirmiş şəxslər posttravmatik stres pozuntusu (PTSP) fonunda eyni qorxulu hadisəni təkrarən yuxuda görə bilər. Pozitiv emosiyalar isə daha canlı, xoş və yüngül məzmunlu yuxularla müşahidə olunur. Bu baxımdan, yuxular bəzən insanın özü üçün də açıq olmayan hiss və düşüncələrin şüuraltı səviyyədə üzə çıxmasına imkan yaradır.

Yuxuların Təhlili – Özünü Tanıma Yolunda Addım

Yuxuları analiz etmək və onların simvollarını anlamaq insanın özünü daha dərindən tanımasına kömək edə bilər. Məsələn: Dəfələrlə eyni yuxunu görmək, həyatınızda həll olunmamış bir emosional problemi göstərir. Su, uçmaq, düşmək və qaranlıq kimi simvollar tez-tez emosional qeyri-sabitlik, nəzarətsizlik və ya dəyişiklik ehtiyacını simvolizə edir. Tanımadığınız bir şəxs yuxuda tez-tez görünürsə, bu, bəzən sizin özünüzdə tanımadığınız bir tərəfi təmsil edə bilər.

Yuxular həm də yaradıcılıq üçün güclü bir mənbədir. Bir çox sənətkarlar və yazıçılar ilhamlarını məhz yuxulardan aldıqlarını etiraf edirlər.

Yuxulara Necə Yanaşmalıyıq?

Yuxuların mənasına varmaq üçün onları hərfi yox, simvolik dillə oxumaq vacibdir. Hər bir insanın yuxusu fərdidir və onun psixoloji tarixi, təcrübəsi və emosional vəziyyəti ilə sıx bağlıdır. Buna görə də yuxulara ümumi “tərcümə cədvəlləri” ilə yanaşmaq çox zaman yanıltıcı ola bilər. Əgər tez-tez narahatedici yuxular görürsünüzsə və bu, gündəlik həyatınıza təsir etməyə başlayıbsa, bu, artıq şüuraltınızın bir siqnalı ola bilər. Belə hallarda bir psixoloqla bu yuxular üzərində işləmək faydalı ola bilər.

Nəticə olaraq qeyd edim ki, yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil, bəlkə də ruhun səssiz danışığıdır. Onlar bizim dərin emosional vəziyyətimizi əks etdirir, bəzən xəbərdarlıq edir, bəzən isə şəfa verir. Yuxuları anlamaq – insanın özünü anlama yolunda mühüm bir addımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri