Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bir çox insan "heç yuxu görmürəm" desə də, mütəxəssislər bildirirlər ki, əslində hər kəs yuxu görür, sadəcə çoxu oyandıqdan sonra onları xatırlamır.
Milli.Az xəbər verir ki, nevroloqların sözlərinə görə, yuxular əsasən beynin ən aktiv olduğu REM mərhələsində baş verir. Bu mərhələyə daha rahat keçmək və yuxuları daha yaxşı xatırlamaq üçün bir neçə vacib qaydaya əməl etmək tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, ilk növbədə düzgün yuxu rejimi vacibdir. Hər gün eyni saatda yatmaq beynin yuxu ritmini normallaşdırır və yuxu görmə ehtimalını artırır.
Telefon və planşetdən gələn mavi işıq da yuxulara təsir edir. Yatmazdan ən azı 1 saat əvvəl ekrandan uzaq durmaq məsləhət görülür. Çünki bu işıq beyində melatonin hormonunun azalmasına səbəb olur.
Psixoloqlar həmçinin qeyd edir ki, stress və gərginlik yuxuların yadda qalmasını zəiflədir. Rahat musiqi dinləmək, otağı qaranlıq saxlamaq və ağır yeməklərdən uzaq olmaq daha keyfiyyətli yuxuya kömək edir.
Araşdırmalara görə, yuxudan oyanan kimi görülən yuxunu yazmaq da onu yadda saxlamağı asanlaşdırır. Bu üsuldan istifadə edən insanların zamanla daha çox yuxu xatırladığı bildirilir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 May 2026 07:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















