Yuxusuzluğun səbəbi bu ola bilər VİDEO
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Bəzi insanlar nə qədər yorğun olsalar da, yuxuya getməkdə çətinlik çəkirlər. Yuxusuzluğun yaranmasında müxtəlif amillər rol oynasa da, ən çox rast gəlinən səbəblərdən biri həddindən artıq stresdir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalova "Unikal"a bildirib ki, düzgün qidalanma rejimi keyfiyyətli yuxunun təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, axşam saatlarında bir fincan çobanyastığı çayı içmək yuxuya getməyi asanlaşdıra bilər. Çayın yanında bir neçə ədəd qoz və ya badam yemək də faydalıdır. Bu qidalar orqanizmdə yuxu hormonu hesab olunan melatonini stimullaşdırmağa dəstək olur.
Mütəxəssis vurğulayır ki, yatmazdan ən azı 4 saat əvvəl kofeinli içkilərdən və ağır qidalardan uzaq durmaq lazımdır. Bu qaydaya əməl etmək daha rahat və keyfiyyətli yuxuya şərait yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 İyun 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















