Icma.az
close
up
RU
“Yuxusuzluq sadəcə yorğunluq deyil, həmçinin... MÜTƏXƏSSİS FİKRİ

“Yuxusuzluq sadəcə yorğunluq deyil, həmçinin... MÜTƏXƏSSİS FİKRİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yuxusuzluq dedikdə yalnız yuxuya gedə bilməmək və ya gecə tez-tez ayılmaq nəzərdə tutulmamalıdır. Bu, birbaşa beynin ritmik biologiyasına təsir edən klinik haldır". Bunu SİA-ya açıqlamasında nevroloq, klinik neyrofizioloq, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mərziyyə Məmmədova bildirib.

Həkimin sözlərinə görə, bu vəziyyət adətən sirkadiyan ritmlərin – yəni orqanizmin daxili bioloji saatının disbalansı ilə başlayır: "Beynin hipotalamus nahiyəsində yerləşən supraxiazmatik nüvə (SCN) 24 saatlıq ritmləri tənzimləyir. Bu sistem gün işığına cavab verərək melatonin hormonunun gecə ifrazını təmin edir və bədənə "yuxu vaxtıdır" siqnalı göndərir. Axşam saatlarında süni işıq mənbələrinin (telefon, televizor, kompüter və s.) istifadəsi bu ritmi pozur və nəticədə melatoninin ifrazı ləngiyir və ya zəifləyir. Bu da həm yuxuya getməni çətinləşdirir, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir".

"Yuxu zamanı bədəndə serotonin, dopamin və noradrenalin kimi neyrotransmitterlərin balansı qorunur. Bu maddələr həm əhvalın sabitliyi, həm də kognitiv funksiyalar üçün vacibdir. Yuxu pozuntuları bu tarazlığı poza bilər ki, bu da depressiya, panik ataklar, emosional qeyri-sabitlik və apatiya ilə nəticələnə bilər", – deyə Mərziyyə Məmmədova qeyd edib.

Mütəxəssis bildirib ki, pasiyentlərlə ilk mərhələdə yuxu rejiminin formalaşdırılması və yuxu gigiyenası qaydaları üzərində çalışılır. Bu, sadəcə məsləhətlərdən ibarət deyil, eyni zamanda beyin-endokrin-emosional balansın bərpasına yönəlmiş klinik müdaxilədir.

Yuxu gigiyenasının əsas prinsipləri bunlardır:

1.Hər gün eyni saatda yatmaq və oyanmaq (istirahət günləri də daxil olmaqla)

2.Saat 23:00-dan gec olmadan yatmaq (hormonal ritmin qorunması üçün vacibdir)

3.Yatmazdan əvvəl 1-2 saat ərzində ekranlardan uzaq durmaq.

4.Axşam saatlarında kofein, nikotin və ağır yeməklərdən uzaq olmaq.

5.Fiziki aktivliyi günün erkən saatlarına keçirmək.

Əgər bu qaydalara əməl olunmasına baxmayaraq yuxu problemləri davam edərsə, nevroloji və neyrofizioloji müayinələr – EEG, polisomnoqrafiya və hormon testləri aparılır.

"Unutmayaq ki, yuxu yalnız istirahət deyil – mərkəzi sinir sisteminin özünü bərpa etdiyi ən vacib fizioloji prosesdir. Ona laqeyd yanaşmaq, bədəni və beyni tükəndirməyə zəmin yaratmaq deməkdir", – deyə həkim əlavə edib.

Müəllif: Fatimə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see172

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see126

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri