Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Yüz illər ərzində 100 dən az qatır doğulub: Səbəbi nədir?

Yüz illər ərzində 100 dən az qatır doğulub: Səbəbi nədir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Eramızdan əvvəl 1000-ci ilə qədər müasir Türkiyədə yerləşən Anadolu xalqı erkək eşşəkləri dişi atlarla cütləşdirərək hər ikisinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirən bir heyvan - qatır yaradırdı.

Brook baytarlıq klinikası bildirib ki, uzun qulaqları və möhkəm bədəni ilə qatırlar atın gücünü eşşəyin dözümlülüyü və qüvvəsi ilə birləşdirir. Onlar alimlərin hibrid güc adlandırdığı xüsusiyyətə malikdir və daha müxtəlif genetik tərkib müəyyən üstünlüklər verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Məsələn, qatırlar adətən atlardan daha uzun yaşayır və eyni ölçülü atlarla müqayisədə daha az yemə ehtiyac duyur. Həmçinin onların təhlükəni hiss etmə qabiliyyəti daha güclüdür və daha ehtiyatlıdırlar ki, bu da çətin ərazilərdə onları daha etibarlı edir. Bundan əlavə, qatırın dərisi at və ya eşşək dərisindən daha az həssasdır və günəşə, yağışa daha davamlıdır.

Tarix boyu qatırlar çoxşaxəli istifadə sahələrinə malik olub: kənd təsərrüfatında işlədilib, atlar kimi arabalar çəkib, hətta XX əsrdə müharibələrdə istifadə olunub. Bu gün də ucqar ərazilərə yük daşınmasında və məsələn, Böyük Kanyon kimi yerlərdə istifadə edilir.

Lakin bir problem var: qatırlar çoxala bilmir. Son 500 il ərzində təxminən 60 belə doğuş qeydə alınıb.

Əslində, onların ümumiyyətlə mövcud olması belə müəyyən mənada qeyri-adidir. Atlar və eşşəklər eyni fəsiləyə aid olsalar da, fərqli növlərdir.

Baytar Ben Hartın sözlərinə görə, at və eşşəklər təxminən 10 milyon il əvvəl Şimali Amerikanın düzənliklərində yaşamış ortaq əcdad – dinogippusdan törəyib. Sonrakı təkamül nəticəsində isə tam fərqli heyvanlara çevriliblər. Hətta eşşəklər genetik baxımdan atlardan daha çox zebralara yaxındır.

Bu fərqlər onların genetik uyğunluğuna da təsir edir. Genetik Monika Rodriges izah edir ki, əsas problem xromosomların uyğun gəlməməsidir.

"Atda 64 xromosom, eşşəkdə isə 62 xromosom var. Qatır isə anasından 32 at xromosomu və atasından 31 eşşək xromosomu alır – ümumilikdə 63 xromosom", deyə o bildirib.

Tək sayda xromosoma malik olmaq gündəlik həyat üçün problem yaratmır – hüceyrələr normal bölünür. Lakin bu, çoxalma prosesinə ciddi mane olur.

Normal halda, valideynlərin xromosom dəstləri bir-biri ilə uyğun gəlir və cütlər əmələ gətirir. Qatırlarda isə bu uyğunluq yoxdur: xromosomlar say və forma baxımından fərqləndiyi üçün cütləşə bilmir.

"Nəticədə xromosomlar "tərəfdaşlarını" tapa bilmir və bu, spermatozoid və yumurta hüceyrələrinin yaranmamasına səbəb olur", deyə Rodriges izah edib.

Bu isə o deməkdir ki, qatırlar demək olar ki, nəsil artıra bilmir. Bununla belə, nadir hallarda istisnalar qeydə alınıb. Son 500 ildə cəmi bir neçə on belə hadisə baş verib və onların çoxu elmi şəkildə təsdiqlənməyib. Lakin genetik testlərlə təsdiqlənmiş hallar da mövcuddur.

Genetik Oliver Rayderin sözlərinə görə, belə hadisənin baş vermə ehtimalı 10 milyardda birdən də azdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Mart 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri