Yüzlərlə insan onunla əyləndi Video
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Dünya şöhrətli müğənni Keti Perri ötən gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın məlumatına görə, paytaxtda baş tutan gecə həm musiqi, həm də maraqlı səhnə şouları ilə yadda qalıb. Konsertə yüzlərlə tamaşaçı qatılaraq dünya ulduzunun hitlərini canlı dinləyib.
Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxaraq gecəyə xüsusi rəng qatıb. Müğənninin bu jesti tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Gecənin ən yaddaqalan anlarından biri isə ifaçının məşhur şousunu nümayiş etdirməsi olub. Keti Perri böyük butulkanın içərisinə daxil olaraq səhnədən fanatların arasına doğru hərəkət edib. Müğənninin bu performansı konsert iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Enerjisi, rəngarəng səhnə quruluşu və xüsusi effektlərlə müşayiət olunan gecə Keti Perrinin Bakıdakı çıxışını tamaşaçılar üçün yaddaqalan edib.
Baxış sayı:117
Bu xəbər 26 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















