Yüzlərlə taksi sürücüsü Parisin mərkəzində nəqliyyatın hərəkətini dayandırıb
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Fransalı taksi sürücüləri ağır iş şərtlərinə etiraz olaraq paytaxt Parisdə yerləşən Əlillər Evinin qarşısında etiraz aksiyası keçirib.
APA-nın “TV5 Monde”nin saytına istinadən xəbərinə görə, əllərində müxtəlif plakatlarla küçələrə çıxan etirazçılar 500 avtomobillə mərkəzə doğru irəliləyib.
Taksi Sürücülərinin Həmkarlar İttifaqının bildirdiyinə görə, əsas tələb daşınmaya görə tariflərin azaldılması barədə qərarın ləğvindən ibarətdir.
Tələblər arasında həmçinin bu xidmətə görə tətbiq olunan vahid tarifin aradan qaldırılması, gediş haqqının taksometrin müəyyən etdiyi həddə ödənilməsinə icazə verilməsi, habelə onlayn taksi xidmətlərinin ləğvindən ibarətdir.
Onlar həmin şirkətləri haqsız rəqabətə səbəb olmaqda ittiham edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















