Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Zahid Niftəliyevə milyonlarla kredit necə ayrılıb? Şahidlər danışır

Zahid Niftəliyevə milyonlarla kredit necə ayrılıb? Şahidlər danışır

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Solmaz Əliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən Zahid Niftəliyevi bankda müştəriləri kimi görüblər. Onun sözlərinə görə, onun özü Ata bankda müştəri xidmətində işləyib.

Solmaz Əliyeva bildirib ki, 2004-cü ildən bankda baş mütəxəssis, daha sonra isə şöbə müdiri vəzifəsində xidmətdə olub: "Mənim vəzifəm müştərilərdən gələn çekləri nəzarətdən keçirmək, kreditin ayrılması üçün çekləri imzalamaq olub. Zahid müəllim də kreditin ayrılması üçün bizə yaxınlaşıb. Biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Amma böyük məbləğdə vəsait idi. Çeki əməliyyatçı Aysel Həsənzadə yazmışdı".
Daha sonra təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandıran Solmaz Əliyeva bildirib ki, Zahid Niftəliyevi bankda 2-3 dəfə görüb: "Mən Zahid müəllimi çeki bizə təqdim edəndə görmüşəm. Qalan vaxtları isə bankda olan vaxt kənardan görmüşəm. Bizə sənədlər təqdim olandan sonra araşdırma aparmışıq. Yoxlama aparılıb, ondan sonra kredit ayrılıb".
Zahid Niftəliyev isə bildirib ki, bankda cəmi bir dəfə olub: "Məni banka çağırdılar, müqavilələrə imza etməyimi dedilər. Ondan sonra bankda olmamışam. Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam".
Daha sonra şahid Solmaz Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədə şahid göstərib ki, "Şahin CO" şirkəti tərəfindən banka kredit ayırılması üçün müraciət olunub. Onun ifadəsinə görə, "Şahin CO" şirkəti Zahid Niftəliyevin adına olub. Şahid əlavə edib ki, 7 milyon 350 min dollar nağd çıxarılıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb: "Biz kreditin ayrılması üçün sənədləri yoxlamışıq. Sənədlərin qaydasında olması müəyyən olunandan sonra kredit açılıb".
Şahid əlavə edib ki, kredit ödənişi iki dəfə həyata keçirilib. Onun sözlərinə görə, birinci dəfə 625 min dollar, ikinci dəfə isə 683 min dollar ödəniş edilib.
Zahid Niftəliyev isə bildirib ki, onun tərəfindən banka heç bir məbləğdə ödəniş edilməyib.
Daha sonra şahid qismində ifadə verən Rüfət Daşdəmirov bildirib ki, Ata bankın bank olmayan kredit təşkilatında işləyib, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb. Onun sözlərinə görə kreditin ayrılması üçün müştərilərlə ünsiyyətdə olmayıb.
Şahid qeyd edib ki, kredit ayrılması üçün müraciət edən şirkətlərin hesabları, nizamnaməsi yoxlanılıb, bundan sonra kreditin ayrılması təmin olunub. Şahidin sözlərinə görə, əməliyyatçılardan onlara gələn sənədlərdə kreditin məbləği göstərilib, həmin məbləğlər üzrə araşdırma aparılıb.
Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə məlum olur ki, kreditin ayrılması üçün "Şahin CO" şirkəti yoxlanılıb: "Yoxlama zamanı məlum oldu ki, şirkətə kreditin ayrılması qaydalara cavab vermir. Çünki şirkət kredit üçün müraciət edən gün təsis edilmişdi. Amma bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, kredit komitəsində müzakirəyə çıxarın, qalan məsələ bizlikdir. Biz də müzakirə edərək sənədləri onlara göndərdik. Bankın filialında kredit komitəsində məruzə ilə çıxış etdi, sonradan kreditin verilməsi üçün qərar qəbul edildi".
Növbəti proses fevralın 5-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Yanvar 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri