Icma.az
close
up
RU
Zahid Oruc: Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq

Zahid Oruc: Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Konstitusiya və suverenlikdən danışmaq təkcə keçdiyimiz ziddiyyətli tarixdən bəhs etmək deyil, yalnız köhnə formasiyaları xatırlamaq, onları mühakiməyə çıxarmaq yox, milyonlarla insanımızın yaşadığı taleyin hansı qanunlarla aparıldığını göstərmək və qalib dövlətin gələcək Baş Planını, yeni qurucu hüquqi platformanı irəliyə sürmək deməkdir. Artıq bir həqiqət inkaredilməzdir-azərbaycanlılar üçün yaradılan mif-məğlub kimlik, daimi qaçqınlıq əsarətinə son qoyulub, itkilər qanununu qalibiyyət hüququ əvəzləyib”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, Konstitusiya-təkcə kağız üzərində qanunlar toplusu deyil, millətin ideallarının və hüquqi kimliyinin pasportudur: “Müstəqil Azərbaycanın Ana qanunu yalnız 4 il sonra Ulu öndərin iradəsi ilə yazıldı. Ona görə də işğal dövrü ilə Qələbədən sonrakı tarixmiz iki müxtəlif formasiyadır, bir-birindən fərqli eradır.  

Məğlubiyyət dövründə Konstitusiya sənədi bütövlüyümüzü yalnız kağız üzərində daşıyırdı. Ana qanunda “ərazilər toxunulmazdır” yazılsa da, reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto yox idi. Suverenliyimiz məhdud xarakerliydi. Xalqımız kədər hissini müstəqiilik və azadlıq duyğusundan daha  çox yaşayırdı. Konstitusiyamız pozulan huquqlarımızın simvoluydu. Hamı deyirdi: bunlar bir gün tam reallaşacaq! 
Beləliklə, konstitusiyamız işğala qarşı müdafiə sipəri oldu-hüquqi, diplomatik və siyasi baxımdan özünüqoruma qalxanına çevrildi. Ana qanunumuzdan müharibə haqqımız doğuldu.
İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” fikri kağızdan çox, torpaqda  təsdiqlənib. İndi biz konstitusiyamıza başqa gözlə baxırıq. Əvvəl müdafiə sənədi idi, indi quruculuq proqramıdır! 

Biz təkcə hərbi texnologiyalarla yox, ilk növbədə, hüquqla silahlanmışdıq. Onunla da qalib gəldik. İndi Konstitusiyamız da azaddır”.

Deputat əlavə edib ki, şəhidlərimiz yalnız torpağı deyil, Konstitusiyamızı da azad etdilər:
“Suverenlik zəiflərə verilən deyil, güclülərin qazandığı haqqdır! Azərbaycanın gələcəyi yalnız azad edilmiş torpaqların yenidən qurulması ilə yeni iqtisadi-sosial rifahda, siyasi-ideoloji yüksəlişindədir. Qarabağda ucalan hər məktəb, hər mədəniyyət mərkəzi, milli suverenliyin simvolu olacaq. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan  gələcəyini özü qurur. Konstitusiya və suverenlik sadəcə dövlətçilik terminləri deyil, milli varlığımızın simvoludur. 
Ona görə də işğala son qoyan bir xalq Zəfər ideologiyası ilə Qurtuluş məfkurəsindən quruculuq ideyasına, müdafiədən inkişaf fəlsəfəsinə keçir! Biz yarımçıq suverenlikdən tam siyasi kimliyə keçirik!

Yeni milli ideologiyamız üç sütun üzərində qurula bilər:
•    Suveren düşüncə- təkcə sərhədlərinə deyil, uğur hekayələrinə, və siyasi gündəliiynə özü nəzarət edən, yalnız torpaqlar üzərində yox, düşüncə, ideya və informasiya məkanında da qazanılan müstəqillik!
•    Ədələtin Zəfəri-hər bir vətəndaş Konstitusiyada öz haqqını-hüququnu görməlidir. 
•    Gələcək hədəfləri birgə quraq- Biz indi gələcək nəsillər üçün modern, güclü, hüquqa əsaslanan, texnologiyaya və ədalətə söykənən bir dövlət qurmalıyıq.

Sülhün inşası və bölgədə barışın yaradılması suverenliyin təminatçısı olacaq. Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq! 

Gəlin, elə millətə çevrilək ki, hüquq təkcə döyüşdə xatırlanmansın, həm də gündəlik ədalətdə özünü sübut etsin. Gəlin, konstitusiyaları müharibələr üçün deyil, barış və birgə gələcəyin quruculuğunun kitabına çevirək.

Qanunla ucalan Azərbaycan, qələbəni əbədi edə bilər.

Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!”

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri