Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Zahid Oruc: ”Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar...”

Zahid Oruc: ”Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar...”

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Vətən müharibəsində Qələbəmiz olmasaydı, Vaşinqton görüşləri gerçəkləşməzdi. Ölkəmizi dünya gündəliyinə çıxaran Qurtuluş savaşımızdır. 8 avqust Zirvəsi 8 noyabr Zəfərinin nəticəsi və davamıdır, diplomatiyada qazanılan Şuşa yüksəkliyidir. Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, O, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı”.
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 17 il əvvəl məhz 8 avqustda Rusiya tankları Poti limanında lövbər salanda  da İlham Əliyev Qafqazı xilas etmişdi, çoxları risq etməyəndə 5 dövlət başçısına Gəncədən Tiflisə getməyə yol açmışdı. “2025-ci ilin avqustun 8-də isə Ağ Ev razılaşmaları təkcə iki dövlətin deyil, bütövlükdə regionun taleyi, eləcə də dünyada mövcud müharibələrin ədalətli həlli üçün bir örnəkdir.
Vaşinqtonda paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi layihəsində bir cümlə də olsun Qarabağ sözü yoxdur, etnik ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür, tam əksinə, Qələbəmizin legitimliyi qəbul edilir. 
Nəhayət, Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi-Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsil müstəqillik hadisəsidir. Gerçək azadlıq belə olur, cənablar! Son 30 ildə heç bir təşkilat fəaliyyətinə könüllü xitam verməyib. Mənə elə gəlir ki, SSRİ-nin dağılması yalnız indi başa çatır. Tam və qəti qələbədən əsil müstəqillik və suverenlik doğulur. Ona görə də İlham Əliyev 21-ci əsrin milli azadlıq hərəkatının  və qalib xalqın lideridir”, - o qeyd edib.
Deputat əlavə edib ki, imzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək: “Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sag olsaydılar, onların portreti altında prezidentə yol göstərənlərə deyərdilər-İlham Əliyev bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideridir.
Ağ Ev Zirvəsinin nəticələrini 100-dən çox dövlət, 10-larla beynəlxalq təşkilat alqışlayıb, deməli, Qələbəmizi onlar da tanıyıblar. 
Vaşinqton görüşünün ən böyük uğurlarından biri də onun məxfi, uzun illər regionda böyük kəşfiyyat şəbəkələri olan dövlətlərdən gizli aparılmasıdır. 
Beləliklə, Azərbaycan təkcə torpaqlarını geri qaytarmadı, həm də  çoxəsrlik Qarabağ savaşını bitirdi.  Bəli, Qafqazın ən uzunömürlü müharibəsi tarixə qovuşdu. Bölgəni daima konfliktlərlə idarə edən, fobiyalarla yönəldənlər “Əliyevin sülh müqaviləsi”nin qarşısını ala bilmədilər. 
Qarabağın qlobal gündəlikdən çıxması əsrlərdir savaşlara xərclənən sərvətlərimizi yeni Vətən quruculuğuna, Böyük Qayıdışa yönələcəyini deməyə imkan verir. 
20 sentyabrda İrəvanda hakimiyyəti devirmək üçün Xankəndini könüllü tərk edəndən sonra son 300 ildə ilk dəfə erməni məsələsi Azərbaycanın coğrafi hüdudlarından kənara çıxarılıb, milli dövlətimizi dağıdan mina  və beynəlxalq təzyiq aləti kimi rolunu itirib.
Prezident əl-Ərəbiyyə televiziyasına dedi, sitat-biz Ermənistanla düşmənçiliyə son qoyduq, indi sülhü inşa edəcəyik! Gəlin, nə qədər çətin olsa da xalqlarımızı barışa hazırlayaq. Etimad mühitinin quruculuğu üçün yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılacağına inanırıq”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri