Zahid Oruc: “İstilik təchizatı qurumunun durumu bizi narahat etməlidir”
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“İstilik təchizatı qurumunun durumu bizi narahat etməlidir”
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, Xətai rayonunda müşahidə edilən çətinliklər ölkəmizdə yeni tikililərlə bağlı vahid normativlərin müəyyən edilməsinin vacibliyini göstərir:
“Hər yeni bina və ya çoxbloklu yaşayış massivlərində qazanxana sistemi mütləq şəkildə qurulmalıdır. Bu, ümumi istilik təminatında sabitliyi və effektivliyi təmin edə bilər”.
Zahid Orucun sözlərinə görə, hazırda istilik təchizatı qurumunun mərhələli şəkildə ləğv olunması ilə bağlı məlumatlar var:
“Əgər biz ölkə üzrə yüz minlərlə kombi quraşdırmaq üçün şərait yaradırıqsa, bu, gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Təkcə indiki dövrdə deyil, enerji keçidi və enerji səmərəliliyi baxımından da bərpa olunan enerjinin ev təsərrüfatlarına inteqrasiyası zamanı biz 100 minlərlə kombinin utilizasiyası ehtiyacı ilə üz-üzə qalacağıq. Bu isə həm iqtisadiyyata, həm də ekoloji mühitə zərər vuracaq”.
Deputat Hökumətin yaxın dövrdə tikinti siyasəti və normativləri sahəsində parlamentlə birlikdə təcili addımlar atacağına ümid etdiyini bildirib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















