Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir:
“Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.

