Icma.az
close
up
RU
Zakir Həsənova dedim ki, bura sənin yerin deyil

Zakir Həsənova dedim ki, bura sənin yerin deyil

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərhəd Xidmətinin sabiq rəisi, qocaman sərhədçi veteran, general-mayor Abbasəli Novruzov HafizTimes.com-a müsahibə verib. 

Ömrünün 57 ilini Vətən sərhədlərinin mühafizəsinə həsr edən Abbasəli Novruzov müsahibə zamanı bir sıra mühüm məqamlara aydınlıq gətirib.

AzPost mühahibəni oxucularına təqdim edir:

– Qarabağı düşmən işğalından azad edən Azərbaycan Ordusunun zəfəri ilə bağlı bir əsl general kimi sizin fikirlərinizi bilmək istərdik.

– Bu, gec-tez baş verməli idi. Azərbaycan Ordusu ilə fəxr edirəm! Birinci Qarabağ müharibəsini dörd əsas səbəbə görə uduzduq. O dövrdə Azərbaycanda Milli Ordu yaradılmadı. Ölkədə hərc-mərclik idi. Hər rayonun öz batalyonu vardı, amma mərkəzləşdirilmiş ordu yox idi. İkinci səbəb – Respublikada elə bir nəfər yox idi ki, xalq ona inansın, o da xalqa. Üçüncü – Heydər Əliyev hakimiyyətə gəlməmişdi. Dördüncüsü isə, mənim fikrimcə, rusları ölkədən çıxararkən bir qədər tələsdik. Onlar da inciyib ermənilərin tərəfinə keçdilər. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda dedi ki, ermənilər guya rus silahının gücü ilə qalib gəldilər. Amma o silahlardan istifadə edənlər rus əsgərləri idi, durub gedəcək deyildilər…

İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusu çox yaxşı hazırlaşmışdı. Türkiyə də bizə silah verdi – çox sağ olsunlar. Onlar gəlib bizim yerimizə döyüşmədilər, sadəcə bizə silah verdilər (yəni satdılar). Və Azərbaycan Ordusu qalib gəldi. Eşq olsun Azərbaycan Ordusuna!

– Qarabağa, Şuşaya getmək istərdinizmi?

– İndi yaşım 90-na çatıb. Başım fırlanır, qolumdan tutmasalar gedə bilmirəm. Qarabağda kifayət qədər olmuşam, oraları görmüşəm. Hazırda isə buna səhhətim imkan vermir. Əlbəttə ki, gedib oraları yenidən görmək istərdim. Bu bizim arzumuz olub.

– Gənc zabit və komandirlərə nəyi məsləhət verərdiniz?

– Bizim hərbçilər Türkiyə Ordusunda təlim keçirlər. Bu, çox yüksək qiymətləndirilməlidir. Türkiyə Ordusu dünyanın ən peşəkar və təlim görmüş ordularından biridir. Bizimkilər də orada yaxşı təcrübə qazanıblar. Belə də davam etsinlər.

– Müdafiə naziri general-polkovnik Zakir Həsənovun karyerasında sizin hansı rolunuz olub? Bu barədə nə deyə bilərsiniz?

– Sovet qoşunları Azərbaycanı tərk etdikdən sonra Sərhəd Qoşunlarında ciddi hərc-mərclik hökm sürürdü. Kadr çatışmazlığı vardı. Xüsusilə də yüksək vəzifələrə təyin etməyə peşəkar kadr tapa bilmirdik. Həmin vaxt mənə də yüksək vəzifələrə təyin etmək üçün peşəkar zabitlər lazım idi. Rəhmətlik Heydər Əliyev məni çağırıb dedi: “Sən köhnə sərhədçisən, get və bu vəziyyəti düzəltməlisən.” Mən də işi kökdən qurmaq üçün ilk növbədə öz müavinlərimi dəyişməli idim. Bu, vəzifəyə yeni gəlməyimlə bağlı deyildi. Sadəcə, əvvəlkilər elə işlərə imza atmışdılar ki, mən gedib alnıaçıq işləyə bilməyəcəkdim. Ona görə də mən dörd müavimi dəyişməli idim. Amma kadrların rəisini isə dəyişmədim. Çünki, o, çox düzgün işləyirdi və kadrlarla bağlı bütün məlumatları olduğu kimi mənə məruzə edirdi. İndi həmin şəxs (general-leytenant Şərafət Həsənov) Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə çalışır.

Mən Sərhəd Qoşunlarına komandan təyin olunanda Zakir Həsənov orada sadəcə çağırış məsələləri ilə məşğul idi. O çağırışla bağlı sənədləri tez-tez mənə təqdim edirdi. Biz onda hərbçi duruşu, nizam-intizam və məsuliyyət gördük. Tez onun şəxsi işinə baxdım. Gördüm ki, Cəmşid Naxçıvanski adına hərbi liseyi və Bakı Ali Hərbi Məktəbini bitirib, Almaniyada Sovet qoşunlarında xidmət edib, qısa zamanda yüksək vəzifə tutub. Sonra isə birdən Rusiyanın Altay diyarına hərbi komissar vəzifəsinə göndərilib və orada da uğurlu xidmət göstərib. Ruslar yaxşı bilirdilər ki, kimi hara göndərmək lazımdır. Fikirləşdim ki, əgər bu adamı belə bir yerə göndəriblərsə, deməli, onun ciddi potensialı var. Şəxsi işinə baxanda da uğurlu xidmətlərinin olduğunu gördüm.

Ona dedim: “Zakir, bura sənin yerin deyil. Sən Sərhəd Qoşunlarının Qərargah rəisinin müavini vəzifəsinə gedirsən. Bir şərtlə ki, əvvəlcə Azərbaycan dilində yazı qaydalarını yüksək səviyyədə öyrənməlisən”. Sonradan isə bildim ki, Zakirin atası da hərbçi olub, sovet dövründə hərbi komissar işləyib. Uşaqlarına da rus dilində təhsil verib. O vaxt vəziyyət belə idi. Bu səbəbdən də Zakir Azərbaycan dilində yazmaq qaydalarını yüksək səviyyədə bilmirdi. Lakin o, gedib dili yaxşı mənimsədi və özünü inkişaf etdirdi. Qərargah rəisinin müavini kimi də çox uğurla çalışdı.

Bundan sonra biz Zakir Həsənovu Göytəpə Sərhəd Dəstəsinə komandir vəzifəsinə təyin etdik. Ona dedim ki, amma bir şərtimiz var: “Ora Sərhəd Qoşunlarının ən ağır dəstəsidir. Dağlıq-dərəlik ərazidir, biri atla, biri də eşşəklə sərhədi pozmağa çalışacaqlar, qaçaqmalçılıq da etməyə cəhd edəcəklər. Əgər belə hallar baş versə, səni dərhal işdən çıxarmayacağam. Amma eşitsəm ki, bu qanunsuz işləri sən özün təşkil etmisən, onda həmin vəzifədə qala bilməyəcəksən. Bizim aramızda heç bir stəkan çayın söhbəti belə olmayacaq. Səni birdəfəlik işdən uzaqlaşdıracağıq.” Amma Zakir Həsənov bütün bu çətinliklərə baxmayaraq, orada da yaxşı fəaliyyət göstərdi. Gedib kişi kimi də işlədi!

Bir müddət sonra isə bəziləri dedilər ki, “Zakiri həmin vəzifədən götür.” Elə qüvvələr var idi ki, Zakirin düzgün fəaliyyəti onları narahat edirdi. Birinci dəfə razı olmadım, ikinci dəfə də yox dedim, üçüncü dəfə isə fikirləşdim ki, birdən deyərlər Zakir orada nəsə qazanıb mənə verir. Axırda razılaşmalı oldum. Amma onlara bildirdim ki, bunu görə peşman olacaqsınız. Çünki bu adam işləyir – həm də çox yaxşı işləyir!

Mən də onu həmin vəzifədən çıxarıb Sərhəd Qoşunları komandanının köməkçisi təyin etdim. Yəni ki, mənim köməkçim oldu. Onun ayrıca kabineti və xidməti maşını da vardı. Bir müddət sonra isə mən səhhətimə görə ərizə yazıb işdən uzaqlaşdım. Məndən sonra isə həmin vəzifəyə Elçin Quliyev gəldi. Zakir Həsənov də indiki Sərhəd Qoşunları komandanı Elçin Quliyevin köməkçisi vəzifəsində qaldı və özünü yaxşı tərəfdən göstərdi.

Yaxşı yadımdadır ki, bir dəfə prezident Heydər Əliyev dedi ki, “Daxili Qoşunlarda komandan vəzifəsi boşdur, iki nəfərin namizədliyini təqdim edin. Hər ikisi də Sərhəd Qoşunlarından olsun.” Bu, Sərhəd Qoşunlarının nüfuzunun bir göstəricisi idi. Həmin vaxt mən də Elçin Quliyevin baş müşaviri idim. Biz iki layiqli namizədin adını təqdim etdik: biri general İlham Mehdiyev (əsl döyüşçü), digəri isə Zakir Həsənov idi.

Heydər Əliyev əsl diplomat idi. Və Zakir Həsənovun namizədliyi təsdiq edildi və Daxili Qoşunların komandanı təyin olundu. Zakir Həsənov türklərlə çox yaxşı münasibət qurdu. Türklər də ona böyük hörmət göstərirdilər. Bildirdilər ki, Daxili Qoşunların komandanı kimi biz Zakir Həsənovu görmək istəyirik. Zakir Həsənov bu vəzifədə də özünü yaxşı göstərdi. Müdafiə naziri təyin olunanda da türklər yenə onu dəstəklədilər. Beləliklə, Zakir Həsənov Azərbaycanın müdafiə naziri oldu və nəticədə isə Azərbaycan Ordusu çox şey qazandı.

– Bəs Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə bağlı hansı xatirələriniz var?

– Mən Səhər Qoşunlarına komandan təyin olunanda Elçin Quliyev KPP-nin nəzarət-buraxılış məntəqəsinin rəisi işləyirdi. Bir müddət sonra isə biz Şimal bölgəsi üzrə Sərhəd Dəstəsi yaradanda dəstənin rəisi vəzifəsinə Elçin Quliyevin namizədliyini təklif etdim. Elçin çox nizam-intizamlı idi. Həm də işinə çox bağlı idi. Digərlərindən fərqlənirdi. Ona görə də müxtəlif ölkələrə ezamiyyətə gedəndə Elçini də həmin heyətin tərkibində aparırdım. Bu o demək deyildi ki, onu qabaqcadan öz yerimə hazırlayırdım. Sadəcə olaraq, çox nizam-intizamlı olduğu üçün həmişə diqqətimi çəkirdi. Hətta Elçin özü də bir dəfə dedi ki, “məni Amerikaya, Rusiyaya apardın, yəqin ki, məni öz yerinə hazırlayıbsan.” Amma mənim əvvəllər belə bir fikrim olmamışdı.

Səhhətimə görə ərizə yazıb işdən uzaqlaşanda məndən soruşdular ki, “yerinə kimi təklif edirsən?” Mən də Elçinin adını söylədim. Başqa namizədlər də təklif etmişdilər. Amma mən yalnız Elçin Quliyevin adını dedim.

– Bu gün Müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin fəaliyyətindən razısınızmı?

– Bəli, razıyam. Çünki, bu saat bütün Azərbaycan Ordusu, Sərhəd Qoşunları işğaldan azad etdikləri torpaqlarımızda çox layiqli işlər görürlər. Onlara eşq olsun! Bu formada da işlərinə davam etsinlər!

– Müdafiə naziri Zakir Həsənov sizinlə heç əlaqə saxlayırmı? Doğum günü (65 yaş) ilə bağlı ona nə demək istərdiniz?

– Zakir Həsənov vəzifəyə gələndə bir-iki dəfə görüşdük. Özüm ona mane olmaq istəmirəm. Bilirəm ki, işləri həddindən çoxdur. Amma hərdən danışırıq. Doğum günü də mübarək olsun! Rusların bir sözü var: “так держать!”

– Cənab general, oxucularımıza nəyi etiraf etmək istərdiniz?

– Sonda isə özümdən bir misal çəkmək istəyirəm. Mən ömrüm boyu başqa millətlərin zabitləri ilə birlikdə işləmişəm. Həmişə məndən soruşurdular ki, “cənab general, sənin milliyətin nədir? Başımı aşağı salıb deyirdim ki, “mən azərbaycanlıyam.” Qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdikdən sonra isə mən başımı yuxarı qaldırıb qürurla deyirəm ki, “mən azərbaycanlıyam!” Eşq olsun, Azərbaycan Ordusuna!

Hafiz Əhmədov

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri