Zakir İbrahimov və müavinləri “Azergold”dan nə qədər qazanır?
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“AzerGold” QSC 2023-cü ildə əsas idarəedici heyətə (sədr və sədr müavinləri) 2,2 milyon manat ödəniş edib.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu 2022-ci ilə nisbətən 34% azdır.
2022-ci ildə bu rəqəm 3,34 mln. manat təşkil edib.
Ümumi ödənişlərin azalmasına səbəb “AzerGold”un rəhbərliyinə qısamüddətli ödənişlərin 2,46 milyon manatdan 2023-cü ildə 1,53 milyon manata kimi azalması olub.
Bu dövrdə “Azergold” rəhbərliyinə ödənilən əmək haqları 258 min manat, sosial sığorta ödəmələri isə 413 min təşkil edib.
Qeyd edək ki, “Azergold”un əsas idarəedici heyəti sədr Zaur İbrahimov və müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur.
Başqa sözlə, ötən il dövlət şirkəti Zaur İbrahimov və müavinlərinə orta hesabla 733,6 min manat ödəniş edib. 2022-ci ildə bu rəqəm 1,11 mln. manat təşkil edib. İllik əmək haqları isə orta hesabla 86 min manat (2022-ci il üzrə 84 min manat) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















