Icma.az
close
up
RU
Zakir Nuriyev: 2024 cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub

Zakir Nuriyev: 2024 cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Effektiv kredit məlumatlarının toplanması, təhlili və saxlanılması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idarəolunmasında həlledici rol oynayır".

Oxu.Az xəbər verir ki, bunu Birinci Beynəlxalq Kredit Konfransının açılış mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, Dünya Bankının beynəlxalq institutların kredit məlumatlarının mövcudluğu və keyfiyyətinin qlobal biznes reytinq hesabatlarında əsas göstərici kimi qəbul etməsi təsadüfi deyil:

"Azərbaycanda Kredit Bürosunun yaradılması və inkişafı zamanın çağırışı idi. Kredit reyestrində mövcud olan kredit məlumatları tarixçəsi Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində və Mərkəzi Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycanda ilk kredit bürosu Azərbaycan bankları tərəfindən təsis edildi".

O vurğulayıb ki, təsis edildiyi dövrdən bu günə qədər Kredit Bürosu inqilabi bir inkişaf yolu keçib:

"2024-cü ildə bank sektorunun aktivləri 53 milyard manat olub ki, bu da 2018-ci illə müqayisədə 80 faiz çoxdur.

Eyni zamanda, bizim bugünkü kredit portfelimizin həcmi son yeddi illə müqayisədə 125 faiz artaraq 29.3 milyard manata çatıb. Təbii ki, bu dövr ərzində bizim vaxtı ötmüş kreditlərimizin həcmi əhəmiyyətli dərəcədə - 2018-ci illə müqayisədə 72 faiz azalıb və artıq 449 000 000 manat təşkil edir.

Lakin bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəmiz, artan aktivlərimizin həcmi bir daha bizə özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş bir qərar olduğunu göstərdi".

Zakir Nuriyev vurğulayıb ki, 2018-ci ildə cəmi səkkiz bankın iştirakı ilə yaradılan, 10 nəfər işçi heyətindən ibarət olan Kredit Bürosu əməkdaşlarının sayı 50 nəfəri ötüb:

"İlk mərhələdə yalnız kredit tarixçələri haqqında bizə məlumatlar kredit bürosundan təqdim edilirdisə, bu gün artıq bu xidmətlərin sayı 35-dən çoxdur. Əvvəlki dövrdə Kredit Bürosunun əməkdaşlıq etdiyi təşkilatların sayı yalnız banklar və BOKT-lərdən ibarət idisə, bu gün artıq əməkdaşlıq edən və xüsusən könüllü əməkdaşlıq edən təşkilatların sayı 270-ə çatıb. Bundan öncə mövcud olan qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısını həyata keçirən təşkilatların kredit bürosuna məlumatları təqdim etməsi məcburi xarakter daşısa da, bu gün artıq bu könüllüdür".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri