Zaltsburq şəhərində Xocalı qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb FOTOLAR
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Avstriyanın mədəniyyət paytaxtı olan Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə xatirə guşəsi yaradılıb. SİA xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizovun sözlərinə görə, xalqımız bu günahsız qurbanların unudulmaması, haqq-ədalətin bərpa olunması yolunda durmadan fəaliyyət göstərir, səsimizi bütün dünyaya çatdırmaq, belə faciələrin təkrar olunmasına yol verməmək uğrunda mübarizə aparır.
“Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Ancaq bu, bir millətin, bir xalqın faciəsi deyil. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımı ötən əsrin ən böyük faciəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”, - deyə cəmiyyət sədri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















