Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Seul şəhərində Xocalı soyqırımına həsr olunmuş ikinci simpozium keçirilib

Seul şəhərində Xocalı soyqırımına həsr olunmuş ikinci simpozium keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi DGIEA Koreya-Azərbaycan Assosiasiyası və Koreyanın “Eduniety Lab” təhsil agentliyi ilə birlikdə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinin konfrans zalında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş simpozium təşkil edib. Bu, Koreyada Xocalı soyqırımına həsr olunmuş sayca ikinci simpozium olub.  

Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşlarının, Koreyanın siyasi, iqtisadi, mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələrinin, media təmsilçilərinin və Azərbaycan diasporunun üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Azərbaycan səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları və ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının rolundan danışan səfir Xocalı həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasının həm Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borc olduğunu, həm də gələcəkdə insanlığa qarşı cinayətlərin qarşısının alınması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.     

Vətən Müharibəsində qazandığımız şanlı qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirlərinin nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsini diqqətə çatdıran Ramin Həsənov Xocalı cəlladlarından bəzilərinin hazırda Bakıda ədalət mühakiməsi qarşısına çıxarıldıqlarını da diqqətə çatdırıb və vurğulayıb ki, dünya ictimaiyyəti  bütün müharibə cinayətkarlarının cəzalandırılması üçün həmrəy olmalıdır. 

Səfir eyni zamanda Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinin gedişatına toxunub. Ermənistan ölkəmizə qarşı ərazi iddialarından səmimi şəkildə imtina edərsə və həqiqətən sülhə nail olmağa çalışdığını nümayiş etdirərsə, regionda davamlı sülhə nail olmanın mümkün olduğunu deyən Ramin Həsənov o cümlədən tədbir iştirakçılarını işğaldan azad olunmuş ərazilərimizin bərpası, minalardan təmizlənməsi, məcburi köçkünlərin geri qayıtması, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl zona” elan edilməsi barədə məlumatlandırıb. 

Azərbaycan təmsilçisi eyni zamanda ölkəmizin Koreya ilə əməkdaşlıq məsələlərinə toxunub. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ötən ili “Yaşıl İnkişaf naminə Həmrəylik İli” kimi qeyd etmiş Azərbaycanın daxili və xarici siyasət gündəliyində yer alan ətraf mühit və yaşıl enerji məsələləri, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar iki ölkə arasında böyük əməkdaşlıq potensialının mövcud olduğunu vurğulayıb. 

Daha sonra tədbirin tərəfdaşları qismində DGIEA Koreya-Azərbaycan Assosiasiyasının prezidenti Li Min Yonq və “Eduniety Lab” təhsil agentliyinin baş icraçı məmuru Li Kitek tədbir iştirakçılarını salamlayan çıxışlar ediblər. 

Li Mun Yonq Xocalının günahsız sakinlərinin soyqırımına məruz qalmasını insanlığın faciəsi adlandırıb və bildirib ki, Xocalı soyqırımı unudulmamalıdır.   

Giriş nitqlərindən sonra koreyalı jurnalist, “The Korea Global Times” saytının naşiri Ço Coyun aparıcılığı ilə panel müzakirələri keçirilib. 

Koreyanın Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının rəhbəri, professor Oh Çonq-cin işğaldan azad olunmuş Şuşa şəhərinin bərpası prosesində Koreya təcrübəsindən istifadə olunmasını nəzərdə tutan tədqiqat layihəsi barədə məlumat verib, bu xüsusda Şuşa şəhərinin Azərbaycan tarixi və mədəniyyətində yerini vurğulayıb. 

Koreyalı tarixçi və köşə yazarı Lim Myeonq-Muk post-münaqişə məsələləri, regionda cərəyan edən proseslər barədə danışıb, Azərbaycanın davamlı sülhə nail olmaq üçün göstərdiyi səyləri vurğulayıb. O, eləcə də, geosiyasi faktorları, qlobal və regional güclərin rolunu təhlil edib. 

Koreyanın İnha Universitetinin Multikultural təhsil kafedrasının dosenti, Dr. Oh Yonq-Sub təmsil etdiyi Universitet və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq, eləcə də bu çərçivədə həyata keçirilən ikili diplom proqramı barədə məlumat verib. O, eyni zamanda Azərbaycanın multikulturalizm dəyərlərindən bəhs edərək, bunun Koreyada təhsil alan azərbaycanlı gənclərin davranışında da özünü büruzə verdiyini   diqqətə çatdırıb. 

“Eduniety Lab” agentliyinin tədqiqat institutunun rəhbəri, Dr. Lim Sunq Hee təmsil etdiyi qurumun ölkəmizdə təhsil sahəsində icra etdiyi layihələr barədə məlumat verib və bu xüsusda Azərbaycanın təhsil qurumları ilə səmərəli əməkdaşlıqdan bəhs edib. 

Koreyalı yazıçı və redaktor, ədəbiyyat sahəsində xidmətlərinə görə Koreyanın nüfuzlu mükafatlarının laureatı, Azərbaycanın xalq nağıllarının Koreya dillində dərc olunduğu “Günəşin məhəbbəti” adlı kitabın redaktoru Yu Sucin Azərbaycanın xalq ədəbiyyatı ilə tanışlığı, folklor nümunələrimizə marağının yaranması barədə məlumat verib, nağıl personajlarının nümunəsində Azərbaycanın milli-mədəni dəyərlərini təhlil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri