Icma.az
close
up
RU
Ermənistanı Azərbaycan xilas edəcək, zaman yetişir… AÇIQLAMA

Ermənistanı Azərbaycan xilas edəcək, zaman yetişir… AÇIQLAMA

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Ermənistanın işğal siyasətinə son verib ərazi bütövlüyünü təmin edib suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz layihələrində payı olan dövlətlərin ağrıları hələ də davam etməkdədir. Həmin dövlətlər erməni kartından istifadə edərək bölgədə maraqlarını təmin etmək istəyirdilər. Ancaq Azərbaycan ordusunun həyata keçiridiyi 24 saata yaxın davam edən antiterror əməliyyatı nəticəsində həmin dövlətlərin planları darmadağın edildi. Ona görə də əlləri boşa çıxan dövlətlər və erməni lobbisi əvəllər olduğu kimi yenə də Azərbaycana qarşı kampaniyaya başlayıblar. Onlar indi Azərbaycana qarşı hərbi cinayətlər tərdən və soyqırımı siyasətini keçirən caniləri əllərdində dəstəvuz etməkdədirlər”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Avropa ölkələrinin parlamentlərinin Bakıda mühakimə olunan cinayətkarlarla bağlı qərarlarını şərh edərkən deyib.

Biz belə “qərarlar” verilməsinə öyrəşmişik, bu çax-çax daşına bənzər…

Deputat bildirib ki, demokratiyadan, qanunun aliliyindən dəm vuran Avropa ölkələrinin bu hərəkətləri ilk növbədə özlərinin bəyan etdikləri prinsipləri ayaqlar altına atmaq deməkdir: “Onların bu hərəkəti beynəlxalq hüquqa ziddi olmaqla yanaşı, Azərbaycanın daxili işinə və məhkəmə prosesinə birbaşa müdaxiləsi deməkdir. Biz ermənipərəst ölkələrin və qüvvələrin beynəlxalq hüququ ayaqlar altına atan qərarlarının çox şahidi olmuşuq. Bir növ biz həmin ölkələrin parlamentlərinin uydurma erməni soyqırımı, ermənilərin dırnaqarası hüquqlarını müdafiə edən “qərarlarına” öyrəşmişik. Amma bütün bunların nəticəsi nə oldu?! Azərbaycan ordusu onların niyyətlərini müzəffər Ali Baş Komandanın rəhbərliyi altında darmadağın edib tarixin zibilliyinə atıldı. Onların bu qərarları da tarixin zibilliyinə atılacaq. Sadəcə onların bu hərəkəti “Dəyirman bildiyin edər, çax-çax baş ağrıdar” misalına bənzəyir”.

Erməni canilərin Bakıda mühakiməsi Allahın ədalətinin təcəllasıdır

Deputat əlavə edib ki, Xocalı soyqırımını həyata keçirib yüzlərlə azərbaycanlının qətlinə səbəb olan canilər ədalət mühakiməsi qarşısında cavab verib layiqli cəzaları alacaqlar: “Həmin cinayətkarların Bakıda məhkəmədə mühakimə olunması Allahın ədalətinin təcəllasıdır. Azərbaycanlıların qanı yerdə qalmadı. Zamanı yetişdi cinayətkarlar ədalət məhkəməsi qarşısında törətdikləri cinayət əməllərini cavabını verməkdədirlər. Bu canilər məhkəmədə verdikləri ifadələrində də özləri özlərini ifşa edən çoxlu cinayət məqamları var. Bu canilər öz layiq olduqları cəzalarını alacaqlar”.

Azərbaycanın kimdənsə qorxusu yoxdur…

Avropa parlamentlərinin, strukturlarının həmin şəxslərlə bağlı çağırışlarına gəldikdə deputat qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və məhkəmə prosesini açıq, şəffaf aparır. “Kimsədən də çəkinmir. Bu ölkələrin apardğı kampaniya cəhdləri sonunda yenə iflasa uğrayacaq”, - o vurğulayıb.

Deputat onu da əlavə edib ki, Avropanın bu gün başı öz hayına qarışıb: “Bu gün Avropa illərlə başqalarına etdiklərinin bədəlini ödəməkdədir. Özü çıxılmaz vəziyyətə düşüb. Odur ki, onların bu mənfur niyyətləri ürəklərində qalacaq”.

Ermənistanı xilas edəcək ölkə varsa, o da Azərbaycandır

Deputatın fikrincə, Avropa ölkələrinin bu hərkəti İrəvanı sülh siyasətindən yayındırmağa, əslində isə   Ermənistan dövlətçiliyini məhvə sürükləməyə xidmət edir. “Çünki onların Ermənistanla bağlı sərgilədiyi mövqenin arxasında həmin ölkələrin Cənubi Qafqazda marağının təmin edilməsi dayanır. Onlarin niyyəti sülh deyil, Ermənistandan istifadə edib qurban verməklə maraqlarını təmin etmək istəyir. Bu gün Ermənistanla yeganə sülhdə maraqlı olan ölkə varsa, o da Azərbaycandır. Nə Avropa, nə də digrə güclər onu üzləşdiyi bəladan xilas edə bilər. Azərbaycan isə sülh imzalamaqla Ermənistanı üzləşə biləcəyi bəladan xilas etmək istəyir”, - deputat bildirib.

Zəngəzur dəhlizi açılacaq, zaman hər şeyi həll edəcək… 

Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı mövqeyini açıqlayan deputat bildirib ki, Zəngəzur dəhlizi açılacaq və zaman hər şeyi həll edəcək: “O zaman da yetişməkdədir. Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Dəhlizin açılmasının yeganə bir yolu var və bu da ondan ibarətdir ki, proses Azərbaycanla Ermənistan arasında baş verməlidir. Üçüncü qüvvənin bura müdaxiləsi ilk növbədə Ermənistanın maraqlarına cavab vermir.

Sülh sazişinin imzalanmasına gəldikdə isə qeyd edə bilərəm ki, Ermənistan müstəqil siyasət yürüdə bilmədiyindən və hələ də bəzi ölkələrin təsir dairəsində olduğundan sülh sazişi imzalamağa hazır deyil. Ona görə də Ermənistan sülhlə bağlı müstəqil qərar verə bilməz. Çünki başqalarından asılı ölkədir.  Burada digər məqam isə son vaxtlarda Ermənistandakı “Qarabağ klanı”nın və Rusiyanın nəzarətində olan siyasi qüvvələrin aktivləşməsidir.  Ermənistan “ördək, balıq, xərçəng” misalını xatırladan siyasi uçbucaq məngənəsində çırpınmaqdadır. Hakimiyyətin zəif olması isə sülhlə bağlı cəsarətli addım atmasına imkan vermir”.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Mart 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri