Icma.az
close
up
RU
Zamanı görüntüləşdirən sənətkar

Zamanı görüntüləşdirən sənətkar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

19 Avqust Ümumdünya Fotoqrafiya Günüdür

İki əsrə yaxın yaşı olan fotoqrafiya sənətinin yaranma günü qlobal aləmdə 16 ildir ki, bayram kimi qeyd olunur. 1839-cu il avqustun 19-da Lui Dagerin dünyada ilk fotoşəkli ictimaiyyətə təqdim etdiyi gün 17 il sonra fotoqrafların peşə bayramı kimi rəsmiləşdirilib.

Qələmi fotoaparatla əvəz edərək tarix “yazan” sənət adamları zaman-zaman bu işin incəlikləri sayəsində dəyərli əsərlər yaradıblar. Fotoqraflığın, sadəcə, düyməni sıxıb şəkil çəkməkdən ibarət olduğunu düşünmək sadəlövhlük olardı, çünki bu iş də rəssamlıq qədər xüsusi istedad, zövq tələb edir.

Azərbaycanda da fotoqrafiya geniş yayılıb. Bu sənətin ölkəmizdə təməli 165 il əvvəl - 1861-ci ildə qoyulub. O vaxt Bakı buxtasının dənizdən ilk panoram görüntüləri çəkilərək yayılıb. Bir neçə gün əvvəl bu yubileyin filateliya vasitəsilə qeyd olunması üçün “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə Belçikada 4 min nüsxə tirajla xüsusi poçt markası hazırlanıb.

Belə bir əlamətdar vaxtda tanınmış fotojurnalist, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun sənət yoluna nəzər salmaq istəyirik. Peşəsinin vurğunu olan İlqar müəllim 35 ildən çoxdur ki, Dövlət İnformasiya Agentliyində - AZƏRTAC-da çalışır, gündəlik işi ilə bərabər, əsərlərini beynəlxalq foto-müsabiqələrdə, mötəbər sərgilərdə nümayiş etdirir və dəyərli mükafatlar alır.

O, Gəncədə dünyaya göz açıb, bu qədim şəhərin gözəlliklərindən ilhamlanıb və yurd sevgisini fotonun dili ilə ifadə etməyə çalışıb. İlk dəfə atası Şaban kişi ad günündə ona “Smena-8M” fotoaparatını alanda İlqarın 10 yaşı vardı. Gecə-gündüz şəkil çəkib çıxarıb, bu incə sənətin sirlərini - işıq və rəng rakurslarını, lenti səbrlə aşkarlamağı mənimsəyib. Hələ bir əsr əvvəl Gəncədə fotoqraf olmuş Məşədi Abbasəli Abbasov, Lev Daşkeviç və tanınmış idman müxbiri Faiq Rəcəblinin peşə ənənələrinin davamçısı olmağa çalışıb.

Tədricən özünə inamı artan İlqar həmdəmi sandığı “möcüzəli” aparatı ilə ustalaşıb. Onun ilk işləri qəzetdə çıxanda sevincdən uçmağa qanadı olmayıb. Sonra Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirsə də, fotoreportyorluğa olan sevgisi onu Moskvaya - o zamankı Fotojurnalistika Tədris Mərkəzinə aparıb. Orada qiyabi təhsil alaraq nəzəri və praktik biliklərini artırıb.

Gənc fotoqraf işə qəbul ediləndən, təxminən, 1 il sonra ilk ezamiyyəti Füzuli, Şuşa və Laçın rayonlarına olub. Bu tarix isə 1992-ci ilin fevralına təsadüf edir. Orada ikən Xocalı faciəsinin baş verdiyini eşidən İlqar tələsik Bakıya qayıdaraq materialları təhvil verib. O, Xocalıya ezam olunduğu günləri belə xatırlayır:

- Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalı idim. Ağır da olsa, dişimi-dişimə sıxıb öhdəsindən gəldim.

Daha sonra deyir ki, 1992-ci ildə hakimiyyətdə hərc-mərcliklər, qarşıdurmalar olduğundan bəzən onlara şəkil çəkməyə də imkan verilməyib, amma vətəndaşlıq və peşə borcu hər cür qadağanı üstələyib.

- …Qatarla yaralıları Bakıya gətirirdik. Vağzalda bizi çoxlu təcili yardım maşını gözləyirdi. Orada olan səlahiyyətlilər bizə dedilər ki, şəkil çəkmək olmaz. Əks halda, fotoaparatlarınız əlinizdən alınacaq. Gördüm yox, bu acınacaqlı mənzərəni mütləq çəkməliyəm. Qalxdım qatarın üstünə və başladım gizlincə çəkməyə. Sonra o fotoları göndərdik Moskvaya. Elə həmin gün “İzvestiya” qəzetində hadisəyə reaksiya verildi. Hamı bu şəkillərlə maraqlanırdı.

İlqar Cəfərovun 2000-ci ildə Bakının “Gülüstan” sarayında Birinci Qarabağ müharibəsi, qaçqınlar, dağıntılar və bombardmanlara həsr olunmuş sərgisi böyük əks-səda doğurub. Həmin sərgidə ulu öndər Heydər Əliyev də iştirak edib. Daha sonra həmin ekspozisiya Azərbaycan Milli Kitabxanasında bir neçə ay nümayiş olunub.

Onun təsirli fotolarından biri də doğma Gəncəyə aiddir. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında çəkdiyi, erməni ordusunun cəbhə xəttindən aralıda yerləşən Gəncəni raket atəşinə tutmaqla törətdiyi cinayətin əks olunduğu “Evi bombalanmış insan” fotosu müsabiqədə Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.

Qeyd edək ki, 2024-cü ildə beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə İlqar Cəfərova “Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri” adı verilib. Həmyerlimiz qısaca FİAP adlanan həmin qurumun fəaliyyət göstərdiyi 75 il ərzində postsovet məkanından bu dəyərə layiq görülmüş ilk fotoqrafdır. Ona Assosiasiya prezidentinin təbrik və təşəkkür məktubu ünvanlanıb.

Yeri gəlmişkən, peşəkar fotoqrafiya ustası indiyədək o qədər medal, sertifikat, diplom alıb ki, sayı-hesabı yoxdur. İnişil Azərbaycan Fotoqrafiya Federasiyası yerli fotoqrafların xaricdə qazandığı mükafatların statistikasını aparıb və məlum olub ki, sənətçilərimiz 2015-ci ildən başlayaraq, beynəlxalq müsabiqələrdə 830 mükafat əldə ediblər. Onlardan 247-si medal, 370-i fəxri lent, 213-ü diplom və sertifikatlardır. Qazanılan medalların isə 129-u qızıl, 61-i gümüş və 57-si bürüncdür. Beynəlxalq fotomüsabiqələrdə ən çox mükafat qazanan isə məhz İlqar Cəfərov olub. Onun aktivində 254 mükafat var.

Həmkarları Şirməmməd Nəsirli, Oleq Litvin, Mirnaib Nəsənoğlu, Ağaəli Məmmədov onun peşəkar cəhətlərini səciyyələndirərək deyiblər ki, səmimi insan və etibarlı dost olan İlqar hadisələrə bədii yanaşması, dəqiqliyə ciddi riayət etməsi ilə seçilən sənətkardır. O, dünyada bu sahə üzrə ən yüksək titullardan biri sayılan “Excellence FIAP Diamond 2” dərəcəsinin sahibidir.

Fotoqraf idmana sevgisi ilə də fərqlənir. O, 4 Paralimpiya Oyununu – 2004, 2008, 2012 və 2016-cı illərdə - lentə alıb. Həmin yarışlar onun çəkdiyi fotolarda daha maraqlı görünür. Bir neçə gün əvvəl 10-cu dəfə Avropa çempionu olan sumqayıtlı cüdo ustası İlham Zəkiyevin dediyinə görə, o, 2004 və 2008-ci illərdə Afina və Pekində paralimpiya çempionluğunu qızıl medalını qazananda buna həmin salonlarda ürəkdən sevinənlərdən biri də tarixi anları fotoda əbədiləşdirən İlqar Cəfərov olub. Himnimiz çalınanda onun gözləri yaşarıb.

Çoxumuzun görə bilmədiyi, ya da görüb önəm vermədiyi qeyri-adi, heyrətamiz anları ustalıqla “tutub” özününküləşdirə (həm də bizimkiləşdirə) bilir İlqar müəllim. Bəzən elə ecazkar mənzərələr olur ki, bizim diqqətimizdən yayınır. Amma onun kimi zövq sahibi olan, duyğusal, itigözlü foto ustası kamerasındakı düymənin şaqhaşaqı ilə həmin görüntüləri özünün “şikar”ına çevirə bilir.

İllər onun saçlarını ağardıb, sənəti üzünü ağ eləyib. Zamanın, məkanın və həyatın fotosalnaməsini yaradan İlqar Cəfərov, əsasən, kadr arxasında qalsa da, xalqının, millətinin təsviri yaddaş kitabını yazanlardan biri olması ilə fəxr edir.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see635

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see547

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see307

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see266

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see235

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see216

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see213

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see202

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see197

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see183

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see178

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see177

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see175

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see170

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see168

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see158

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see156

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see153

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri