Icma.az
close
up
RU
Qaxın Əmbərçay kəndində QIŞ KABUSU Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir FOTO

Qaxın Əmbərçay kəndində QIŞ KABUSU Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax rayonunun Əmbərçay kəndində minə yaxın sakin yaşayır. Ətrafı dağlarla əhatələnən bu kənd saf havası, əsrarəngiz təbiəti ilə seçilsə də, sakinlər illərdir mavi yanacaq çatışmazlığından əziyyət çəkirlər. Bu səbəbdən kənd tədricən boşalır.
Qaxın qazlaşdırılmamış təxminən 35 kəndindən biri olan Əmbərçayda sakinlər bildirirlər ki, yaz-yay aylarını birtəhər yola versələr də, qış mövsümü başlayanda əsas qayğı odun tədarükü olur. 
Bu problemlə bağlı Bizim.Media-nın yerli bürosuna şikayətlənən Musayevlər ailəsi bildirir ki, odun ala bilmək üçün üç ay ərzində sənədləşmə işləri ilə məşğul olublar. Ailədə azyaşlı uşaqlar olduğu üçün evdə bir neçə yerdə odun sobası yandırmaq məcburiyyətindədirlər. Qış bu bölgədə bəzən 7-8 aya qədər davam edir.
Sakin Səhərnaz Musayeva deyir ki, ailədə yeddi nəfərdirlər və  onların üçü azyaşlıdır:
“Evdə üç yerdə odun peçi yandırırıq. Bir balon sıxılmış qazı 25 manata alırıq, o da bizə 10 gün belə çatmır. Ayda üç dəfə qaz balonu almağa məcburuq. Əmək pensiyasının yarısı bu xərclərə gedir. Bəs ailəni necə dolandıraq?” – deyə o narazılığını bildirir.
Ailə başçısı Adil Musayev isə qeyd edir ki, bir maşın odun üçün bir neçə ay sənədləşmə ilə məşğul olub:
“Qışın sərt vaxtı gələndə odun tapmaq daha da çətinləşir. Kənddə hər kəsin 400-500 manat oduna verməyə imkanı yoxdur.”
Sakinlər deyirlər ki, dağlara gedib odun tədarük etmək mümkün deyil, odun almağa isə maddi imkan çatmır.
Kənd sakini Elçin Abdurzayev  isə bir neçə ildir xəstə olduğunu və təqaüd almadığını bildirir:
“Qarşıdan sərt qış gəlir. Həyətimdə ötən ildən qalan çırpı ilə birtəhər keçinirəm. Amma qarşıda bizi nə gözlədiyini bilmirəm”.
Kənd sakinlərinin sözlərinə görə, kəndin sürətlə boşalmasının əsas səbəbi məhz istilik problemidir. Xüsusilə gənc ailələr daha yaxşı şəraitdə yaşamaq ümidi ilə iri şəhərlərə köçürlər.
Abdurəhim Qadaşov deyir ki, vəziyyət getdikcə ağırlaşır:
“Qış gəlib çatıb, imkanım yoxdur, pensiya almıram. İki maşın odun almaq üçün 1000 manat lazımdır. Bu da bizim üçün çox böyük məbləğdir. Kəndin əksər sakinləri payızda Bakıya gedir, yazda qayıdır. Sonra da deyirlər paytaxtda sıxlıq var. Əlbəttə, qaz olsa, kim gedər öz yurdundan?”
Sakinlərin haqlı narazılığını “Azəriqaz” İstehsalat Birliyinə çatdırdıq və məsələ ilə bağlı münasibət öyrəndik.
Qurumdan Bizim.Media-ya bildirilib ki, qazlaşdırma işləri mərhələli şəkildə və daxili imkanlar hesabına həyata keçirilir. Maliyyə vəsaiti ayrıldığı halda növbəti illərdə Əmbərçay kəndinin də qazlaşdırılması planlaşdırılır.
Aparılan araşdırmalar göstərir ki, Şəki–Zaqatala iqtisadi rayonunda qazlaşdırılmamış yaşayış məntəqələrinin sayı hələ də yüksəkdir. Belə ki, Qəbələnin 27, Oğuzun 7, Şəkinin 22, Qaxın isə 35 kəndi hələ də mavi yanacaqla təmin olunmayıb. Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 62 yaşayış məntəqəsindən yalnız 32-si qazlaşdırılıb ki, bu da ümumi sayın cəmi 52 faizini təşkil edir.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri