Icma.az
close
up
RU
TƏHSİLƏ CƏMİYYƏTİN “EKSPERT” MÜDAXİLƏSİ

TƏHSİLƏ CƏMİYYƏTİN “EKSPERT” MÜDAXİLƏSİ

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmil SADİQ, 

təhsil texnoloqu, dosent

Son illər məni ən çox düşündürən mövzulardan biri də, təhsilin ictimai bir "fikir bazar"ına çevrilməsidir. Artıq hər kəs özünü təhsil eksperti hesab edir; dərs metodikasından qiymətləndirməyə, dərsliklərdən ev tapşırıqlarına, kurikulumların hazırlanmasına, təhsil siyasətinin aparılmasına qədər - istənilən mövzuda qətiyyətlə fikir bildirənlərin sayı-hesabı yoxdur.

Bir valideyn "uşaqlar yorulur, tapşırıq çoxdur" deyir, digəri "dərslik mürəkkəbdir", üçüncüsü isə "müəllim düzgün izah etmir", digəri “müəllimlər uşaqlarla düzgün davranmır, ay Çində belədir, Finlandiyada” belə, kimi iddialarla çıxış edir. Bu cür müzakirələr o qədər geniş vüsət alıb ki, sanki təhsil, hər kəsin şəxsi təsərrüfatının idarəetməsi qədər sadə və hər kəsin ixtiyarında olan bir sahədir. Kim gəldi orda nəsə əkə, biçə bilər. Təəssüflər olsun ki, bu təkcə bizdə deyil, hətta beynəlxalq arenada, məsələn, ABŞ-də "curriculum wars" (tədris proqramı müharibələri) adı altında valideynlərin tədris məzmununa müdaxiləsi, sosial media platformalarında "pedaqoji mütəxəssis" adıyla özünü təqdim edən şəxslərin əsassız yanaşmaları da adi hal alıb. Bu, təhsilin ictimai mülkiyyətə çevrilməsi kimi görünsə də, əslində mütəxəssis yanaşmasına zərbə vurulmasının bariz nümunəsidir. Əziyyəti çəkən isə müəllimlərdir!

Bəli, müəyyən mənada, cəmiyyətin təhsilə olan marağı təqdirəlayiq və sağlam bir əlamətdir, çünki təhsil hər bir millətin gələcəyinin təməlidir. Lakin problem maraqda deyil, birbaşa müdaxilədə və səlahiyyət bölgüsünün pozulmasındadır. Bu gün valideynlər müəllimlərin rəhbərliyinə, sosial şəbəkələrdəki "ekspertlər" isə pedaqoji şuranın üzvlərinə çevriliblər. Nəticədə, illərini bu sahəyə həsr etmiş peşəkar müəllimin səsi, təhsildən sadəcə ümumi məlumatı olan, lakin real pedaqoji təcrübəsi olmayan şəxslərin səsi ilə bir-birinə qarışıb, hətta bəzən boğulub. Bu gün sinif otaqlarında yalnız uşaqlar deyil, həm də onların "virtual müşahidəçiləri" oturur. Pandemiya dövründə "Zoom" və digər platformalar vasitəsilə təhsilə daha yaxın olan valideynlər, sanki müəllimin sinfinə daxil olub, bir daha oradan çıxmayıblar. Onlar ev tapşırıqlarından dərs planlarına, qiymətləndirmə mexanizmlərindən tutmuş, sinif idarəçiliyinə qədər hər bir detalı müzakirə edir, qorxulusu isə diktə etməyə çalışmalarıdır. Bu vəziyyət müəllimi özünün peşəkar qərarlarını daim müdafiə etmək məcburiyyətində qoyur. Halbuki müəllimlik peşəsi müdafiəyə deyil, yaradıcılığa, innovasiyaya və şagirdlərin fərdi inkişafına həsr olunmalıdır.

Müəllimlik peşədən daha çox missiyadır, əzizlərim! Bu narahatedici vəziyyətin əsasında isə bir neçə fundamental səbəb dayanır:

Birincisi, cəmiyyətin ümumi savadlılığı və informasiya əlçatanlığının artmasıdır. Hər kəs daha çox oxuyur, internet saysız-hesabsız məlumat mənbələrinə yol açır. Hər kəsin "Google"a, çatbotlara əli çatır və bu, insanlarda özünü biliyin zirvəsində hiss etmə illüziyası yaradır. Lakin bu, həqiqi biliklə eyni deyil. Məlumatla bilik, xüsusilə də pedaqoji təcrübə arasında dərin bir uçurum var. İnternetdən tapılan bir məqalə, baxılan bir video və ya oxunan bir sosial media postu heç vaxt müəllimin illərlə qazandığı elmi-pedaqoji təcrübəni, sinif idarəetmə bacarıqlarını və şagird psixologiyası biliklərini əvəz edə bilməz. Məsələn, bir valideynin "Montessori" və ya "Reggio Emilia" kimi pedaqoji yanaşmalar haqqında oxuduğu bir-iki məqalə ilə, bu metodologiyaları illərlə tədris etmiş və tətbiq etmiş bir müəllimin bilik və bacarıqları eyni səviyyədə ola bilməz.

İkincisi, müəllim peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə azalıb. Əvvəllər müəllimlər, sayı az olsa da, cəmiyyətdə dərin hörmət və etimad sahibi idilər. Müəllim kəndin, məhəllənin ağsaqqalı, sözükeçən bir ziyalısı idi. İndi müəllimlərin sayı artsa da, onların nüfuzu, təəssüf ki, paralel olaraq azalır. Sanki kəmiyyət artdıqca keyfiyyət və dəyər də çökür. Bu tendensiya, təəssüf ki, beynəlxalq arenada da müşahidə olunur; Finlandiya kimi ölkələrdə müəllimlik peşəsi yüksək statusa malik olduğu halda, bir çox digər ölkələrdə, xüsusilə də keçmiş sovet məkanında müəllim əməkhaqqının aşağı olması, iş şəraitinin çətinliyi bu peşənin cazibəsini azaldır. Bu da cəmiyyətdə "hər kəs hər şeyi bilir" illüziyasını daha da gücləndirir, peşəkar bilik və təcrübəyə olan inamı sarsıdır.

Üçüncüsü, sosial medianın sürətlə genişlənməsi. Bu platformalar hər kəsə öz fikirlərini, "təhsil konsepsiyalarını" və "metodologiyalarını" təqdim etmək üçün tribuna verib. Dünən sadəcə bir "bloger" olan şəxs bu gün özünü "pedaqoji mütəxəssis" və ya "təhsil influenseri" kimi təqdim edə bilir. Halbuki təhsil tək bir fənn və ya asanlıqla mənimsənilə bilən bir sahə deyil; o, kompleks bir sistemdir. Və hər bir sistem kimi, təhsil də yüksək məsuliyyət, dərin elmi əsaslar və davamlı peşəkar inkişaf tələb edir. Bu cür səthi yanaşmalar təhsilin fundamental prinsiplərini zədələyir. Hər ölkənin, hər şəhərin, hər kəndin, hər məktəbin, hətta hər sinfin öz xarakteri var. Hansısa başqa bir yerdə uğurlu olan metod, hansısa bir sinifdə uğurlu ola bilməz. Bunu sadəcə müəllim müyyən edə bilir, harda nəyi, necə etmək lazımdır.

Keçmişdə kəndlərdə "hacı" və "kərbəlayi" kimi titullar az sayda insana xas olduğu üçün onlara xüsusi hörmət göstərilərdi. İndi bu titullar geniş yayılıb və müəyyən mənada adiləşib. Çünki daha da əlçatandır və adamlar var ki, dəfələrlə həcc ziyarətinə gedir, indi kim deyə bilər ki, o hacılarla, bu hacıların hörməti eynidir? Müəllimlik peşəsi də oxşar aqibətlə üzləşir: sayı çoxalsa da, peşənin əsl dəyəri ucuzlaşıb. Bir zamanlar müəllimə peyğəmbər sənəti kimi baxan cəmiyyət, indi onu sosial şəbəkələrdəki asan tənqid hədəfinə, lağ mənbəyinə və statusların obyektinə çevirib. Bu, sadəcə Azərbaycana deyil, müəllimlik peşəsinin maliyyə vəziyyətinin aşağı olduğu, ictimai statusunun zəiflədiyi bir çox Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrə də xas bir tendensiyadır. Yazını yaza-yaza düşünürəm ki, doğrudanmı müəllim peşəsi yox olmaqdadır?

Axı, müəllim sadəcə bilik ötürən bir şəxs deyil, cəmiyyətin təməl dəyərlərini, mənəviyyatını formalaşdıran bir "ruh mühəndisidir." Onun hər sözünə, hər baxışına və münasibətinə qarşı həssas olmaq, əslində təhsil sisteminin özünü qorumaq deməkdir. Çünki təhsili müdafiə etmək, bir millətin gələcəyini, onun inkişaf və tərəqqi perspektivlərini qorumaq deməkdir.

Təhsil müzakirə olunmalıdır, lakin mütəxəssislər tərəfindən idarə edilməlidir.

Təhsil haqqında danışmaq, onun gələcəyi barədə düşünmək hər kəsin haqqıdır. Lakin onun istiqamətini müəyyənləşdirmək və idarə etmək hər kəsin işi deyil, mütəxəssislərin və dövlət siyasətinin məsuliyyətidir. Hər kəsin fikrini dinləmək vacibdir, lakin peşəkar müəllimin səsini boğmaq yolverilməzdir. Müəllim cəmiyyətin əsas istiqamətvericisi, bir növ "kompası"dır. Bu kompasın işinə müdaxilə olunanda, onun istiqamət göstərmə qabiliyyəti pozulur və nəticədə cəmiyyət də öz yolunu itirir.

Cəmiyyətin savadlı olması, əlbəttə ki, arzuolunandır. Lakin savadlı cəmiyyətlə dərin bilikli, peşəkar cəmiyyət arasında böyük bir məsafə var. Bu məsafəni qorumaq və peşəkar standartları saxlamaq üçün müəllimin səsinə qulaq asmaq, onun ixtisasına, illərlə qazandığı təcrübəyə və peşəkar biliklərinə hörmət etmək fundamental əhəmiyyət kəsb edir.

Təhsil, heç bir halda, yüngül yanaşılan bir "oyuncağa" çevrilməməlidir. Çünki o, bir millətin gələcəyinin, onun varlığının və inkişafının ən ciddi təməlidir. Və bu gələcəyin ən vacib memarı, bünövrəsini quran şəxs hələ də müəllimdir. Onu qorumaq və dəstəkləmək hər birimizin borcudur.

P.S. Bu yazıda cəmiyyətin müəllimə qarşı münasibətindən bəhs etsək də, ədalət naminə qeyd etmək lazımdır ki, müəllimlərin də öz daxili və xarici problemləri az deyil. Çox vaxt aşağı əməkhaqqı, artıq bürokratik yük onları əsas vəzifələrindən – tədris və yaradıcılıqdan uzaqlaşdırır. Siniflərdəki şagird sayının həddən artıq çox olması, müxtəlif sosial-iqtisadi təbəqədən olan şagirdlərin fərdi ehtiyaclarını ödəmək zərurəti, valideynlərin tələbləri, cəmiyyətin gözləntiləri və bir də bunun üzərinə hər şeydə müəllimi günahlandırması, əlbəttə ki, müəllimləri ağır psixoloji stress və peşə yanması vəziyyətinə salır. Bəzən onlar özləri də dəstəyə, dinlənilməyə və anlanılmaya ehtiyac duyurlar, lakin bunu ifadə etməyə imkan tapmırlar. Müəllimin də bir insan olduğunu, onun da öz problemləri, ehtiyacları və tükənmişlikləri olduğunu unutmamaq lazımdır. Bu, təhsil sistemindəki ümumi mənzərənin mühüm bir hissəsidir. Həm aşağıdan, həm də yuxarıdan qınanan müəllimlər (sözsü ki, yaxşı müəllimdən, işinin peşəkarından söhbət gedir) çıxılmaz vəziyyətdə qalır və beləcə hədəfdən yayınırıq, hədəfdən yayınan mizrab isə utanır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Noyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see559

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see350

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see312

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see311

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see306

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see285

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see281

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see277

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see253

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see252

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see251

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see247

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see245

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see243

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see240

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see240

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see225

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see215

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see212

Azərbaycan qocalır: 26 ildə yaşlıların sayı 2,6 dəfə artıb

29 Avqust 2026 15:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri