Zaqatalada 61 yaşlı qadını avtomobil vurub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.
Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
06 Dekabr 2025 10:55
Zaqatalada avtomobil piyadanı vurub
24 May 2025 03:00
Zaqatalada qadını maşın vurub öldürdü
06 Dekabr 2025 10:57
Zaqatalada 44 yaşlı qadını maşın vurdu
11 Aprel 2025 08:55
Bakıxanov qəsəbəsində avtomobil 61 yaşlı qadını vuraraq öldürüb
27 Dekabr 2024 08:51
Baxış sayı:170
Bu xəbər 28 Fevral 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















