Zaqatalada avtomobil yanıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Zaqatalada minik avtomobili yanıb. SİA-nın məlumatına görə, gecə saat 03 radələrində rayonun Aşağı Tala kəndinin ərazisində Xəlil Rəcəb oğlu Əmirxanaova məxsus “Opel Vektra” markalı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Zaqatalada avtomobil yanıb
23 Noyabr 2024 10:15
Zaqatalada avtomobil YANDI
23 Noyabr 2024 10:11

