Zaqatalada çay evi yandı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Zaqatalada çay evində yanğın baş verib.
Lent.az xəbər verir ki, axşam saat 22:00 radələrində rayonun Muxax kəndində, Cəfər Ramazan oğlu Həsənova məxsus ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli binanın ikici mərtəbəsində fəaliyyət göstərən çay evinin tavan hissəsində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində çay evinin tavan hissəsinin və binanın dam örtüyünün 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Zaqatalada çay evi yandı
06 Noyabr 2024 23:51
Zaqatalada çay evi yandı FOTO KONKRET
07 Noyabr 2024 01:04
Zaqatalada çay evi yandıFOTO
06 Noyabr 2024 23:48
Zaqatalada icra nümayəndəsinin evi yandı
29 İyul 2025 11:05
Zaqatalada yanğın Fərdi yaşayış evi yandı
14 Sentyabr 2025 00:00

