Zaqatalada icra nümayəndəsinin evi yandı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zaqatala rayon Bəhmətli kəndində fərdi yaşayış evində yanğın olub.
Axar.az APA-ya istinadla xəbər verir ki, rayonun Bəhmətli kəndində Oruc Dursunəli oğlu Qaraxanova məxsus ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.
Yanğın nəticəsində evin 140 m²-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev sahibi Oruc Qaraxanov Zaqatala rayon İcra Hakimiyyəti başçının Zaqatala şəhər üzrə nümayəndəsidir.
Baxış sayı:134
Bu xəbər 29 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















