Icma.az
close
up
RU
Zaqatalada ər arvadını döydü

Zaqatalada ər arvadını döydü

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Zaqatala rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala şəhəri B.Vahabzadə küçəsində baş verib. 1977-ci il təvəllüdlü Nadir sərxoş vəziyyətdə yaşadığı evdə arvadı Nərminənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyyələrindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmin gün işdən evə gəlib: “Üstümü dəyişərək yola çıxdım. Şirə içdim, daha sonra da bir bakal pivə içdim. Elə küçədə də yoldaşımı gözlədim. Yoldaşım gəldikdən sonra
birgə evə qayıtdıq. Evə qayıtdıqdan sonra arvadımı döydüm. Hadisə zamanı içkili olmuşam, heç bir səbəb olmadan bu əmələ yol vermişəm. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxs məni bağışlayıb. Hazırda aramızda heç bir narazıçılıq yoxdur. Bir daha spirtli içkilər içməyəcəyimə söz verirəm”.
İş üzrə zərərçəkmiş Nərminənin sözlərinə görə, son zamanlarda əri Nadirin qısqanclığı dözülməz vəziyyətdə olub: “Hər kəs məni tanıyır, ərimin bu qısqanclığı üçün heç bir əsaslı səbəb yoxdur. Mənim vurulmam da qısqanclıq səbəbindən baş verib. Mənə qarşı şiddət göstərildikdən sonra polisə şikayət etmişəm”. 
Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nadir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Hökmə görə, cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxsin yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri, B.Vahabzadə küçəsində yerləşən evinin ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun üzərinə bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına  nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri