Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
İlkin məlumata görə, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Zaqatala, yol qəzası, xəsarət
Bu mövzuda digər xəbərlər:Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var
05 May 2025 23:43
Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb
04 Noyabr 2024 19:22
Zaqatalada iki minik avtomobili toqquşub: 36 yaşlı sürücü yaralandı
19 İyun 2026 11:12
Zaqatalada qəza: 4 nəfər xəsarət aldı
14 Avqust 2026 08:59
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var
11 İyul 2026 23:01
Baxış sayı:147
Bu xəbər 03 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















