Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Zaqatalada qalıqları tapılan hindistanlı turistlə bağlı ƏTRAFLI MƏLUMAT

Zaqatalada qalıqları tapılan hindistanlı turistlə bağlı ƏTRAFLI MƏLUMAT

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi 3 il əvvəl Zaqatalada itkin düşən hindistanlı turist Manikanth Kondaveetinin qalıqları tapılıb.

Lent.az onun itkin düşməsi ilə bağlı geniş məlumatı təqdim edir:

Zaqatalada itkin düşən hindistanlı turist kimdir?

- Manikanth Kondaveeti, 28 yaşlı Hindistan vətəndaşı, 26 aprel 2022-ci ildə təkbaşına səyahət üçün Azərbaycana gəlib. O, Zaqatala bölgəsində gəzinti planlaşdırırdı və sonuncu dəfə 12 may 2022-ci ildə ailəsi ilə əlaqə saxlayıb. Həmin tarixdən sonra onunla əlaqə kəsilib. Ailəsi Hindistan hökumətinə və yerli hakimiyyət orqanlarına müraciət edərək kömək istəyib. Lakin axtarışlar nəticəsiz qalıb. Son məlumatlara görə, Azərbaycan hakimiyyət orqanları meşəlik ərazidə tapılan insan qalıqlarının Manikanth Kondaveetiyə aid olduğunu təsdiqləyib. Bu hadisə təkbaşına səyahət edənlərin təhlükəsizlik tədbirlərinə ciddi yanaşmalarının vacibliyini bir daha göstərir.

Manikanth Kondaveetinin axtarışları necə aparılıb?

- Manikanth Kondaveetinin itkin düşməsi ilə əlaqədar genişmiqyaslı axtarış tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də yerli sakinlər və alpinistlərdən ibarət qruplar axtarışlara cəlb olunub. Axtarışlar zamanı xüsusi təlim keçmiş itlər və dronlardan istifadə edilib. Təəssüf ki, uzun müddət davam edən axtarışlar nəticə verməyib və ailəsi ümidlərini itirərək Zaqatalanı tərk edib.

Zaqatalada itkin düşən turistin ailəsi Azərbaycan mediasına nə danışıb?

- Turistin atası Purna Chandra Rao Kondaveeti Lent.az-a açıqlamasında bildirib ki, oğlunun bundan əvvəl itkin düşməsi barədə yazılanlar doğru deyil: “Zaqatalaya gələndən dərhal sonra verdiyimiz müsahibədən savayı biz heç bir jurnalistlə danışmamışıq. Həmin vaxt da ona görə mətbuata danışdıq ki, daha çox insanın axtarışa qoşulması üçün Mani haqqında məlumatın yayılmasının faydalı olacağını düşünürdük. Mani heç vaxt Hindistanda və ya başqa yerdə itkin düşməyib, bir neçə ölkəni gəzib və demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb”.

Atası oğlunun eynəyinin qiymətinin 10 min dollara olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mətbuat yazır ki, guya oğlumun eynəyinin qiyməti 10 min dollar olub. Bu yalandır. Eynəyin qiyməti 100 manatdan da ucuzdur”.  

Purna Chandra Rao Kondaveeti itkin düşən oğlunun sağ-salamat tapılacağına ümid etdiklərini də sözlərinə əlavə edib: “Ailə üzvləri hələ də onun sağ-salamat tapılacağına ümid edirlər”.

İtkin düşən hindistanlı turistin tapılması üçün nə qədər mükafat vəd olunub?

- Turistin qardaşı Dharan Kondaveeti deyib ki, qardaşı Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib:

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 40000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik.

Qaydalar və Şərtlər:

1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.
İstinad üçün itkin düşən şəxsin əlavədəki şəkillərinə baxa bilərsiniz".

Zaqatalada itkin düşən hindistanlı turistin atası kimdir?

- İtən turistin atası Purna Chandra Rao Kondaveetinin Hindistanda yüksək vəzifədə çalışdığı bildirilir. Bəzi mənbələr isə onun hətta nazir müşaviri olduğunu iddia edir. Oğlunun itkin düşmə xəbərini alan atası bir neçə gündən sonra dərhal Zaqatalaya gəlib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri