Icma.az
close
up
RU
Zaqataladada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR FOTO

Zaqataladada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonunda növbəti dəfə qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu dəfə üç nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxslər Zaqatala şəhərindəki dönərxanalardan birində dönər yedikdən bir neçə saat sonra vəziyyətləri pisləşib.

Yaz-yay aylarında Zaqatala rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verərkən bunu hava şəraiti və qidanın tərkibindəki mayenezlə bağlı olduğu bildirilirdi. Bu dəfə isə şəhərdəki fərqli ünvanda dönərdən zəhərlənmə qeydə alınıb.
Bizim.Media-ya Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, zəhərlənən şəxslər aşağıdakılardır:
Cobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 16 yaşlı İradə Əsədullayeva, Qazangül qəsəbə sakini, 15 yaşlı Əli Atayev.
Məsələ ilə bağlı xəstəxananın təcili yardım şöbəsinin həkimi Fizuli Arzumanov bildirib ki, daxil olmuş şəxslərə “dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya” diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bu gün Zaqatalada zəhərlənmə hadisəsinin baş verdiyi ehtimal edilən dönərxana xaric digər dönərxanalar fəaliyyətlərini normal qaydada davam etdirib. Onların əti hansı mənbələrdən aldıqları və necə bişirdikləri ilə maraqlandıq. 6 ildir dönərçi işləyən Cuməli Şıxverdiyevin sözlərinə görə istər ət, istərsə toyuq əti üçün dönəri Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi və sertifikatı olan şirkətlərdən alırlar. Dönərçi onu da qeyd edir ki, əti bişirərkən onun tam hazır olduğuna əmin olmalısan. Dönərə əlavə edilən pomidor, xiyar, mayonez və dönərin souzuna ciddi fikir verməli, onların keyfiyyəti diqqətdə saxlanmalıdır.

Dönərçi maraqlı bir təkliflə çıxış edərək bildirib ki, bu sahədə çalşan hər kəs müvafiq təlimlərə cəlb edilməli və təcrübəli ustaların yanında iş təcrübəsi keçməlidir. Belə olan halda insanların dönərdən zəhərlənmə faktları da azalacaq.
Qeyd edək ki, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri