Icma.az
close
up
RU
Zaqreb Dinamosu da italiyalı məşqçiyə tapşırıldı

Zaqreb Dinamosu da italiyalı məşqçiyə tapşırıldı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliyalı məşqçilərin Xorvariyaya axını davam edir.

Zaqreb ''Dinamo''su Nenad Byelitsa ilə yollarını ayırdığını açıqladı. Bu mütəxəssis baş məşqçi postuna sentyabrın sonlarında Sergey Yakiroviçin istefasından sonra gətirilmişdi.
Xorvatiya çempionu Byelitsa ilə Çempionlar Liqasında bəzi diqqətçəkən nəticələr əldə etsələr də, daxili çempionatda vəziyyət düzəlmədi. ''Dinamo'' 18 turdan sonra lider ''Riyeka''dan 7 xal geridədi. 2022/23-də ''Trabzonspor''u çalışdırmış və cəmi 16 oyundan sonra istefaya göndərilmiş Byelitsa daha öncə 2018-20-ci illərdə də ''Dinamo''da işləmişdi.
Zaqreb təmsilçisi artıq yeni baş məşqçisini açıqlayıb. Bu, Fabio Kannavarodu. Əfsanəvi italiyalı futbol adamı yanvarın 3-də ictimaiyyətə təqdim olunaraq rəsmən yeni işinə başlayacaq. Düzdü, Kannavaronun futbolçu kimi uğurları daha çoxdu. Təkcə bir faktı vurğulayaq ki, o, XXI əsrdə ''Qızıl top''u qazanmış yeganə müdafiəçidi. Məşqçi kimi isə ''Quançjou Everqrand'' ilə qazandığı ölkə çempionluğunu nəzərə almasaq onun başqa ciddi uğuru yoxdu.
Onu da bildirək ki, Kannavaro bu mövsüm Xorvatiyanın elitasında işləyən 4-cü italiyalı məşqçi olacaq. Hazırda ''Osiyek''i Federiko Koppitelli, ''İstra''nı Paolo Trametsani, ''Hayduk''u isə Cennaro Qattuzo çalışdırır.
ƏLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Dekabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri