Icma.az
close
up
RU
Zat i Aliləri xərifləyib

Zat i Aliləri xərifləyib

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Haqlı çıxmışam, deyəsən.

Zat-i Aliləri xərifləyib.

Xərifləmək və ya bunamaq ayıb bir şey deyil, insanlar yaşlananda bəzən ağıllarını itirirlər, nə danışdıqlarını bilirlər, nə də etdiklərini.

Ancaq qoyduğum bu diaqnoz doğru diaqnozdurmu?

Bəlkə də o, elə anadangəlmə beləymiş.

Nə üçün belə düşünürəm?

Ona görə ki, ağıl və təcrübə hər zaman yaşla bərabər gəlmir, bəzən təkcə yaş gəlir…

Donald Tramp yatdı, qalxanda anidən ağlına sarsaq bir fikir gəldi – xarici tələbələrin Harvard Universitetinə qəbul edilməsini qadağan etdi. Amerikanın əsrlərlə qurduğu akademik azadlıq ənənələrinə ağır zərbə vurdu. Təhsili siyasi manipulyasiya alətinə çevirmək nə Birləşmiş Ştatların maraqlarına xidmət edir, nə də qlobal elm və tərəqqi yoluna.

Harvard kimi bir elm məbədi 500 ildir (!) qadağalarla deyil, açıq qapılarla böyüyür, Bəşəriyyətin inkişafına xidmət etmişdir.

Tramp anlamaqda çətinlik çəkir – Elmin sərhədləri yoxdur, amma cahilliyin var…

Massaçusets ştatının Kembric şəhərində yerləşən və 1636-cı ildə qurulan Harvard Universiteti dünyanın ən qədim ali təhsil məktəblərindən biridir.

13 fakültəsində 30.386 tələbə bakalavr, magistr və doktorantura təhsili alır.

Tələbələrin təxminən 27%-i xarici tələbələrdir (Rəqəmlər 2023-2024-cü tədris ilinə aiddir).

Harvard Universitetinin məzunları arasında 160-dan çox Nobel mükafatı laureatı var.

Universitetin əsas gəlir mənbəyi endowment (fond) gəlirləri və ianələrdir.

2023-də Harvardın gəliri çox sayda ölkələrin büdcəsindən çox olub – 6 milyard dollar (!)…

Neçə gündür düşünürəm – Trampın xarici ölkə gənclərinin Harvard və digər ABŞ universitetlərinə qəbulunu qadağan etməsi sadəcə immiqrasiya siyasətindənmi qaynaqlanır? Axı bu ağılsızğmaz qərar dünyanın intellektual beyinlərinin təhsil almaq üçün axın etdiyi bir ölkədə yolverilməzdir, ölkənin elə öz gələcəyinə xəyanətdir.

Harvard Universiteti və onun kimi “Ivy League”in digər ali məktəbləri əsrlər boyu yalnız Amerikanın deyil, dünyanın ən istedadlı beyinlərini öz sıralarına cəlb edərək qlobal miqyasda elmin, texnologiyanın və humanitar dəyərlərin inkişafına töhfə veriblər. Bu universitetlər beynəlxalq tələbələr sayəsində inkişaf edib, zənginləşib və rəqabətə davamlı olub. Trampın qadağası bu tarixi prosesə amansız bir müdaxilədir, ABŞ-ı elmdə və düşüncədə qapalı, qorxaq və gələcəyini itirən bir ölkəyə çevriləcəyi təhlükəsidir.

Kaliforniyanın Silikon vadisində yerləşən nəhəng startap şirkətlərinə bir baxın.

Bir dənəsinin belə başında amerikalı yoxdur, onların tamamı xaricdən gəlib burada təhsil alan, buradakı şirkətlərdə yetişən parlaq beyinlərdir. Lakin Trampa bu parlaq beyinlərin verdikləri töhfələr yox, populist, millətçi ritorika və qərəzli radikal sağcı şüarlar lazımdır. Bu da qloballaşan dünyadan təcrid və elmi tənəzzül deməkdir.

Bir də Trampın təzəlikcə dostuna çevrilmiş bir liderin indiki vəziyyətinə baxın.

Tanış gəlirmi?

Eyni ritorika ilə ölkəsini “izqoya” çevirdi, işğalçı siyasəti ilə ölkəsini acınacaqlı duruma düşürdü.

Tramp da onun yolunu getməyə başlayıb, təəssüf…

***

“Ivy League” (Sarmaşıq Liqası) səkkiz nüfuzlu ABŞ universitetindən ibarət birliyə verilən addır. Bu universitetlərin yüksək akademik səviyyəsi, qəbulun çətinliyi və məzunlarının uğurları səbəbilə Dünyanın ən elitar təhsil mərkəzlərindən sayılırlar.

“Sarmaşıq Liqası” adı da simvolik və anlamlıdır. Onun sarmaşıq bitkisi ilə birbaşa əlaqəsi var, çünki bu səkkiz universitetin binalarının divarlarında sarmaşıq bitkiləri yetişir. Kənardan baxanda binalar sarmaşıqlarla sarmaş-dolaş halda görünürlər. Bu da həmin universitetlərə klassik və qədim görünüş verirdi.

Bu əfsanə universitetlər:

1. Harvard Universiteti (Massaçusets)

2. Yale Universiteti (Konektikut)

3. Prinston Universiteti (Nyu Cersi)

4. Kolumbiya Universiteti (Nyu York)

5. Pensilvaniya Universiteti (Pensilvaniya)

6. Dartmut Kolleci (Nyu-Hempşir)

7. Braun Universiteti (Rod Aylend)

8. Kornel Universiteti (Nyu York)

***

Harvard şokunun ertəsi günü Tramp futuristik Altın Qübbə müdafiə sistemi üçün 25 milyard (toplam xərclər 175 milyard) dollar ayıracaq və səlahiyyət müddətinin sonuna qədər onu işlək vəziyyətə gətirəcək. Plana görə Pentaqon quruda, dənizdə və kosmosda yeni nəsil texnologiyalar şəbəkəsi yaradacaq.

Altın Qübbə Amerikanı hansı ölkənin raketlərindən qoruyacaq?

Təbii ki, Rusiya və Çinin.

Rusiyanı saymayaq, texnoloji gücü ortadadır.

Ancaq Çin artıq bir çox sahələrdə Amerikanı üstələyib.

Tramp Amerikası quracağı Altın Qübbəni kimlər işlədib təkmilləşdirəcək?

Harvardları vur, sonra da gələcəyi düşün, eləmi?

Zat-i Aliləri xərifləyib, ölkəsinin təkcə sərhədlərini deyil, gələcəyini də bağlayır…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see433

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see320

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see310

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see295

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see216

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see213

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see190

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see170

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see162

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see155

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see153

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri