Icma.az
close
up
RU
Zatulinlərin Azərbaycana “hücumu”nun səbəbi məlum oldu: “Kremldən aldıqları tapşırığa əsasən…” KONKRET

Zatulinlərin Azərbaycana “hücumu”nun səbəbi məlum oldu: “Kremldən aldıqları tapşırığa əsasən…” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Azərbaycan üçün Qərbdəki və Türkiyədəki dostlarına Rusiya ilə münasibətlərdə nə qədər əyilməz olduğunu göstərmək vacibdir. Başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil”. Bunu Rusiya dövlət dumasının deputatı Konstantin Zatulin deyib. Onun fikirləri birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Ümumiyyətlə, son günlər rus mediasında, eləcə də Moskvanın müxtəlif siyasi dairələrində Azərbaycana qarşı açıq tənqidi fikirlərin sayı artıb. Ancaq heç bir halda bu cür sərt ritorika anlaşılan deyil. Bəs görəsən, Azərbaycana qarşı bu cür fikirlərin səsləndirilməsinin səbəbi nədir və arxasında hansı gizli məqamlar dayanır?. Rəsmi Bakı buna necə cavab verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisinin deputatı Azər Badamov bildirib ki, Zatulin Rusiya parlamentində ermənilərin rupurudur:

“O, həmişə Azərbaycana qarşı çağırışlarla özünün ölkəmizə qarşı olan qərəzli mövqeyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi dövründə də Zatulin qatı ermənipərəst mövqeyindən çıxış edib. Hətta Paşinyan hakimiyyəti ona Ermənistana gəlməyini qadağan etsə belə, yenə də özünün ermənipərəst mövqeyini dəyişməyib. Ona görə də Zatulindən Azərbaycanla bağlı müsbət bir fikirinin ifadə olunmasını heç vaxt gözləmirəm. O deyir ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Sual olunur ki, 2022-ci il 22 fevralda prezidentlərimiz arasında imzalanan sənəd nə sənəd idi? Təbii ki, biz münasibətlərdə səmimiyik. Amma zatulinlərin təsiri altındakı Rusiyanın ölkəmizə qarşı münasibəti sənədlərlə təsdiq edilsə belə, səmimi ola bilmir. Məhz ona görə də kremldən aldığı tapşırığa əsasən zatulinlər, valuyevlər, pinçuklar, popuvlar Azərbaycan və azərbaycanlılara qarşı informasiya hücumuna keiçblər. Onların bu fikirlərinə Rusiya dövlət səviyyəsində bir münaisbət bildirməyib. Ona görə də biz də dövlət səviyyəsində münasibətimizi bildirmirik. Amma onlar hansı səviyyədə bizə qarşı ittihamlar səsləndirirlərsə, o səviyyədə də adekvat cavab verməliyik və veririk”, – Azər Badamov vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Fevral 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see250

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see175

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see169

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see161

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see136

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see125

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see124

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri