Icma.az
close
up
RU
Solovyovların, zatulinlərin Azərbaycana qarşı çıxışlarından Putinin xəbəri yoxdurmu?.. Partiya sədri izah edir...

Solovyovların, zatulinlərin Azərbaycana qarşı çıxışlarından Putinin xəbəri yoxdurmu?.. Partiya sədri izah edir...

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Hesab edirəm ki, Zabelinin də Rusiya xətti ilə Ramiz Mehdiyevlə bağlılığı olub, bir dəstədə olublar, ondan da təlimatlar alıbdır.  Və bu gün Zabelinin guya “Azərbaycanda da Rusiya ilə münasibətləri korlamağa xidmət edən qüvvələr mövcuddur” kimi açıqlaması da Moskvanın maraqlarına xidmət edir...”

"Sovet dövrünü də hesaba alsaq, düz 35 il ardıcıl Azərbaycan parlamentinin üzvü olmuş Mixail Zabelinin də çörəyini yediyi, suyunu içdiyi ölkəsinə, dövlətinə qarşı oxşar siyasəti yeridir. Bu cür siyasət Azərbaycan xalqının mövqeyini və hüquqlarını müdafiə etməkdən çox uzaqdır... "

“Milli Məclisin deputatı, Rus İcmasının rəhbəri Mixail Zabelin Azərbaycan mediasına müsahibəsində deyib ki, hər iki ölkədə elə qüvvələr var ki, Rusiya və Azərbaycan arasında münasibətlərin gərgin qalmasına, normal məcrada inkişaf etməsinə maneə yaratmağa çalışırlar.

Belə çıxır ki, guya Dumada Tolstoylar, Delyagin, Matveyev və Valuyevlərin, Rusiya telekanal, sayt və teleqram-kanallarında Solovyov, Simonyan, Zatulin kimilərin daim Azərbaycana qarşı qərəzli, kinli, bəzən irqçi çıxışlar etməsindən Kremldəkilərin, o cümlədən Putinin xəbəri yoxdur və ya onların belə çıxışlarının qarşısını ala bilməzlər.

Məgər onların yaxalarına orden, medal taxan Rusiya lideri deyilmi?.. Bu məsələyə münasibətiniz?”

Bu sualla müraciət etdiyimiz AzVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında bunları söyləyib:

"Çox təəssüf ki, on illərdir Rus İcmasının rəhbəri olan Mixail Zabelinə xoş münasibətlərin qarşılığını biz Azərbaycan cəmiyyəti və dövləti olaraq biz heç vaxt görmədik. Onun üçün hər cür şərait yaradıldı. Deputat kimi rahat yaşadı, hər şeydən təmin olundu, imtiyazlı bir şəxsə çevrildi. Həmişə diqqət mərkəzində oldu. Amma o, Azərbaycan dövlətçiliyinə xidmət etmədi, bütün bu xoş münasibətlərin müqabilində heç bir addım atmadı. Zabelinin son açıqlaması da onun qeyri-səmimi və qərəzli münasibətini göstərir. O, belə açıqlamasıyla Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin kəskinləşməsində balans axtarır. Amma əslində Kreml tərəfindən çıxış edir və Rusiyanın cinayətə bərabər günahlarına bəraət qazandırmağa çalışır. Xüsusən də son bir ilə yaxın müddətdə Rusiya tərəfindən törədilmiş cinayətlərin üzərindən sükutla keçməyə və hər iki tərəfi eyni səviyyəyə qoymağa çalışır. Vaxtilə Minsk Qrupu həmsədrləri də on illərlə öz mövqelərində buna bənzər şəkildə çıxış edirdilər. Yəni dünya ictimaiyyətində belə təəssürat yaratmağa çalışırdılar ki, guya Azərbaycanın və Ermənistanın hər ikisi eyni dərəcədə günahkardır. Və aydın deyildi ki,  on illərlə torpaqları işğal altında qalan Azərbaycanın günahı nədən ibarət idi. Bir daha təəssüflə deyirəm ki, sovet dövrünü də hesaba alsaq, düz 35 il ardıcıl Azərbaycan parlamentinin üzvü olmuş Mixail Zabelinin də çörəyini yediyi, suyunu içdiyi ölkəsinə, dövlətinə qarşı oxşar siyasəti yeridir. Bu cür siyasət Azərbaycan xalqının mövqeyini və hüquqlarını müdafiə etməkdən çox uzaqdır... 

Son vaxtlar Ramiz Mehdiyevin  Azərbaycan qarşı düşmən mövqeyi haqda danışılır.  Biz yaxşı bilirik ki, o həmişə Azərbaycan dövlətinin əleyhinə olub. İllərlə aydın şəkildə görmüşük ki, Ramiz Mehdiyev Qarabağla bağlı mövqeyində də düşmənçilik göstərib, həmişə istəyib ki, Azərbaycan torpaqları ermənilərə verilsin və ermənilərin hakimiyyəti altında rəsmiləşdirilsin. 

Hesab edirəm ki, Zabelinin də Rusiya xətti ilə Ramiz Mehdiyevlə bağlılığı olub, bir dəstədə olublar, ondan da təlimatlar alıbdır.  Və bu gün Zabelinin guya “Azərbaycanda da Rusiya ilə münasibətləri korlamağa xidmət edən qüvvələr mövcuddur” kimi açıqlaması da Moskvanın maraqlarına xidmət edir. Məgər Rusiyadakı solovyovların, simonyanların, zatulinlərin Azərbaycana qarşı qərəz, böhtan, kin, nifrət dolu çıxışlarıyla Azərbaycanda əksinə, Rusiyaya qarşı haqlı çıxışları eyniləşdirmək mümkündürmü? Xeyr. Çünki dediyimiz dövrdə Azərbaycanda  Rusiyaya qarşı hər hansı bir qərəz və böhtan dolu çıxış olmayıb. Bütün deyilənlər də obyektiv tənqidə, gerçəkliyə, real müstəviyə söykənən fikirlər olub.  Zabelin kimilər isə Rusiyanı günahsız etmək istəyir.  Halbuki Rusiyada Azərbaycanın təyyarələrini vururlar, Azərbaycana qarşı kiber hücuma keçirlər, ölkəmizdə casus şəbəkələri, ocaqları qururlar, Rusiyada azərbaycanlılara qarşı qərəzli hücumlar həyata keçirir, onları  həbs edirlər, öldürürlər. Cənab Zabelin, sən bu hərəkətlərə, bu cinayətlərə bəraət qazandırırsan?  Ona görə də belə hesab edirəm ki, Zabelin də öz cəzasını almalıdır. O da böyük ehtimalla Ramiz Mehdiyev komandasının üzvüdür və hər zaman Rusiyanın maraqlarını müdafiə edib. Ona görə də onun barəsində də tədbir görülməlidir. Çünki onlar bu yaxşılıqların mənasını anlamadılar, onlar sadəcə olaraq Rusiyanın tərəfini tuturlar...

Təbii ki, Zabelin Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli bir adamdır. Bunu anlamaq çətin deyil. Yəni bu artıq aydın məsələdir ki, illərdir Azərbaycanda yalnız Rusiyanın maraqları baxımından çıxışlar edir.  Son vaxtlar Azərbaycanla Rusiya arasında müəyyən gərginliklər olarkən Zabelinin vətəndaşı olduğu Azərbaycanın maraqları baxımından hansısa obyektiv, ədalətli mövqe nümayiş etdirən vasitəçilik cəhdlərini, Rusiya siyasətinə təsir göstərmək istəklərini görmədik. Əksinə, o, Azərbaycanın maraqlarını müdafiə etməyi heç düşünməyib də...

Azərbaycan qarşı yönəlmiş hücumlar oldu, amma Zabelinin mövqeyini heç vaxt görmədik. Halbuki Qusman kimi bir nüfuzlu adam Rusiyada çətin şəraitdə olsa da, həm Rusiyaya xidmət edirdi, həm də Azərbaycanın da bir Vətən kimi onun üçün etdiklərini unutmayaraq dövlətimizin də maraqlarını bacardıqca müdafiə edirdi. Özü də bunu kişi kimi mərdü-mərdanə edirdi. Casusluq-filanla məşğul olmurdu. Ancaq Azərbaycana qarşı açıq və tamamilə haqsız siyasi-ideoloji hücumlar olanda Zabelinin mövqeyini görmədik. Odur ki, belə şəxslər artıq Azərbaycan cəmiyyətində, siyasi elitasında yer tutmamalıdır. Və Azərbaycan parlamenti də belə eybəcər şəxslərdən təmizlənməlidir və bu təmizləmə prosesi Zabelin kimiləri də əhatə etməlidir. Onların artıq bizim siyasi mühitdə yeri yoxdur..."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri