Icma.az
close
up
RU
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi

Zaur Baxşəliyev məhkəmədə ifadə verdi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Tanınmış teleaparıcı Zaur Baxşəliyev məhkəməlik olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb.

Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən “Bizimləsən” verilişində adı çəkilən Nərman Rəhimov olub.

Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb, barəsində “Nərman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var” cümləsini işlədib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil:

“Rəhimov Nərman özü bizim verilişə gələrək ona “stop” qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi, biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Rəhimov Nərmanı tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Rəhimov Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş sənədlər ilə tanış olduqdan sonra həmin rəsmi sənədlərdə göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunları nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm”.

Məhkəmə iclasında “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “Bizimləsən” verilişinin audiovideo görüntülərinə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb:

“Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil, DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür, bu kimin uşağıdır soruşur, “səninkidir” deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs (Rəhimov Nərman) deyir. Bu həqiqətdirmi, yoxsa yox gəlsin studiyamıza öyrənək”.

Digər bir görüntüdə isə deyilir:

Növbəri görüntüdə isə “Gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil” – ifadələri yer alıb.

Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see655

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see357

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see241

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see224

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see223

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see222

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see220

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see218

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see215

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see189

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see188

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see180

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see178

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see175

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see172

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see162

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see160

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see160

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri