Zaur İsmayılov: Müdafiədə kobud səhvlərimiz olur
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük".
Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının 6-cı turunun "Şamaxı" ilə (2:1) görüşündən sonra keçirilmiş mətbuat konfrasında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qapınıza təyin edilən penaltilərlə razılaşırsız?
- Birinci penalti bir az mübahisəlidi. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımızın topu çıxardıqdan sonra ikinci epizoddakı toxuşununun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.
- Ağadadaş Salyanskinin ardıcıl üçüncü qolu haqda nə deyərdiniz?
- Ehtiyatda oturanda da məşqlərdə daim çalışırdı. Sonradan da start heyətinə düşdü və ardıcıl qollar vurdu. Bu gün ikinci qolunu da vura bilərdi. Amma top dirəkdən qayıtdı. Yaxşı hal odur ki, ardıcıl qollar vurur.
- Milli fasiləyə qədər olan dövrü yəqin ki, uğursuz saymaq olar?
- Bəli.
- Fasilə zamanı nəyi dəyişəcəksiz?
- Müdafiədə kobud səhvlərimiz olur. Bunlar üzərində maksimum işləmək lazımdır.Hücumda da düşən epizodları vurmaq gərəkdir. Çatışmazlıqların üzərində işləyəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Sentyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















