Icma.az
close
up
RU
Zaur İsmayılov: “Ədalətli qərar verildi”

Zaur İsmayılov: “Ədalətli qərar verildi”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının V turunda evdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşdü

– Çox gərgin oyun keçdi. Hesabda öndə olmağımıza baxmayaraq, ikinci hissədə öz kobud və fərdi səhvlərimizdən qapımızda qollar gördük. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik, amma qolları standartdan yox, öz xətalarımızdan buraxdıq. Qarşılaşmanın sonlarına doğru təzyiqi artırdıq və rəqibi səhv etməyə məcbur elədik. Nəticədə matç heç-heçə ilə başa çatdı.

– Penalti epizodunun təkrarına baxmısınız? Həmin qərar haqqında nə düşünürsünüz?

– Mənim bildiyimə görə, rəqib qapıçı oyunçumuza toxunmuşdu, yəni təmiz penalti idi. Epizoda baxan kimi dərhal görünürdü. Düzdür, VAR dəfələrlə baxdı və baş hakimi də monitora dəvət etdi. Referinin təkrarı izləməsi bir az vaxt aparsa da, düşünürəm ki, tam ədalətli qərar verildi.

– İlk 5 turda “Araz-Naxçıvan”ın rəqibləri kifayət qədər ağır idi. İndiki 5 xallıq göstərici sizi nə dərəcədə qane edir?

– Bəli, təqvimimiz ağır idi. Amma biz hər matça qələbə üçün çıxırdıq. Ötən tur “Qarabağ”la oyunda futbolçularımız yaxşı çıxış edərək mövsümdə ilk qollarımızı vurdular. Həmin matç komandada böyük əhval-ruhiyyə və stimul yaratdı. Düşünürəm ki, gələcək turlarda performansımızı daha da artıracağıq.

– Heyətdəki zədələr, cinah oyunçuları ilə bağlı çətinliklər və təbii örtükdən sintetikaya keçid komandaya necə təsir edir?

– Sırf cinahda çıxış edən futbolçularımızı müdafiənin solunda və ya mərkəzində oynatmağa məcbur oluruq. Heyətdə müəyyən problemlərimiz var, lakin mövcud imkanlarla həmin mövqelərdəki boşluqları bağlamağa çalışırıq. Məşqlərimiz təbii ot örtüyündə keçir, oyun zamanı isə sintetikaya keçirik. Buna baxmayaraq, futbolçulara tapşırırıq ki, buna fikir vermədən hər matçda maksimum performanslarını ortaya qoysunlar.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri