Zaur Mikayılov Cəlilabadda vətəndaş qəbulu keçirdi Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov dekabrın 6-da Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl və digər rayonlardan olan vətəndaşları qəbul edib. Onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















