Icma.az
close
up
RU
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə gül vururlar Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

Zaur Mikayılovun kadrları yeni təyinatları ilə gül vururlar Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar".

Mia.az-a bir neçə gün əvvəl HacıqabulSu və Meliorasiya İstismarı idarəsində baş verən qalmaqallarla bağlı yayımlanan yazıdan sonra bu dəfə Abşerondan maraqlı məlumat daxil olub.

Xatırladaq ki, Hacıqabulla bağlı yazıda idarə rəhbəri Siyavuş Məmmədovun ixtisar edilənişçilərinin yerinə orta təhsilliləri işə götürməsi, eyni zamanda, Talış kənd sakini Rəhman Talıbovun müavin Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayətindən və sair məqamlardan bəhs etmişdik.

Məlumat üçün qeyd edək ki, prokurorluğa 6 min manat rüşvət iddiası ilə bağlı şikayət olunub (Mövzu ilə bağlı araşdırmamız davam edir - Mia.az).

Bu gün isə Mia.az-ın Su Ehtiyatları Agentliyindən əldə etdiyi məlumatda deyilir ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı Etibar Nəbiyevin yeni təyin edildiyi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki təyinatlar ciddi rezonans doğurub: "Etibar Nəbiyevin əvvəlki təyinatları nə qədər təəccüb yaradırdısa, əmisi oğlu ilə bağlı təyinat ondan onqat artıq şok effekt verib. Nəbiyev əmisi oğlu İbrahimi də idarənin ümumi şöbəsinin müdiri təyin edib. İbrahimin işi Etibar Nəbiyevin otağının qarşısında durmaq, qəbulu "tənzimləməkdir". Halbuki, Etibar Nəbiyevin otağı yaxın qohumları ilə həmişə dolu olur.  Maraqlıdır, deyilmi?!

Hələ bu azmış kimi Etibar Nəbiyevin doğma qardaşı da tez-tez idarəyə gələrək orada "boy göstərir". Təbii ki, bütün bunlar xoş qarşılana bilməz.  Artıq bu kimi əmr və hadisələr Agentliyin rəhbər şəxsləri arasında da müzakirə olunmağa başlayıb..."  .

Xatırladaq ki, yeni rəis Etibar Nəbiyev təyinatından sonra bir sıra dəyişikliklərə imza atıb.

O,  Abonent işləri şöbəsinin fakturalama qrupunun rəhbəri Səbuhi Mustafayevi vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyevi, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlunun yerinə  450 km aralıdan - Gəncədən Zaman adlı dostunu gətirib: "Bununla yanaşı, Etibar Nəbiyev Nazim Fərzəliyevi Bas mühəndis, Nəzakət Mursaqulovanı isə Kadrlar şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıb.  Abşeron Bağlar idarəsindən Həzrət Abbasovu isə özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə aşağı vəzifəyə - Abonent işləri şöbəsinin müdiri postuna endirib. Bir sözlə, idarədə labirintli olaylar səngimir...".

Samir MUSAYEV

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see297

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see164

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri