Icma.az
close
up
RU
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə gül vururlar Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

Zaur Mikayılovun kadrları yeni təyinatları ilə gül vururlar Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar".

Mia.az-a bir neçə gün əvvəl HacıqabulSu və Meliorasiya İstismarı idarəsində baş verən qalmaqallarla bağlı yayımlanan yazıdan sonra bu dəfə Abşerondan maraqlı məlumat daxil olub.

Xatırladaq ki, Hacıqabulla bağlı yazıda idarə rəhbəri Siyavuş Məmmədovun ixtisar edilənişçilərinin yerinə orta təhsilliləri işə götürməsi, eyni zamanda, Talış kənd sakini Rəhman Talıbovun müavin Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayətindən və sair məqamlardan bəhs etmişdik.

Məlumat üçün qeyd edək ki, prokurorluğa 6 min manat rüşvət iddiası ilə bağlı şikayət olunub (Mövzu ilə bağlı araşdırmamız davam edir - Mia.az).

Bu gün isə Mia.az-ın Su Ehtiyatları Agentliyindən əldə etdiyi məlumatda deyilir ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı olan Etibar Nəbiyevin yeni təyin edildiyi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki təyinatları ciddi rezonans doğurub: "Etibar Nəbiyevin əvvəlki təyinatları nə qədər təəccüb yaradırdısa, əmisi oğlu ilə bağlı təyinat ondan onqat artıq şok effekt verib. Nəbiyev əmisi oğlu İbrahimi də idarənin ümumi şöbəsinin müdiri təyin edib. İbrahimin işi Etibar Nəbiyevin otağının qarşısında durmaq, qəbulu "tənzimləməkdir". Halbuki, Etibar Nəbiyevin otağı yaxın qohumları ilə həmişə dolu olur.  Maraqlıdır, deyilmi?!

Hələ bu azmış kimi Etibar Nəbiyevin doğma qardaşı da tez-tez idarəyə gələrək orada "boy göstərir". Təbii ki, bütün bunlar xoş qarşılana bilməz.  Artıq bu kimi əmr və hadisələr Agentliyin rəhbər şəxsləri arasında da müzakirə olunmağa başlayıb..."  .

Xatırladaq ki, yeni rəis Etibar Nəbiyev təyinatından qısa zaman sonra bir sıra dəyişikliklərə imza atıb.

O,  Abonent işləri şöbəsinin fakturalama qrupunun rəhbəri Səbuhi Mustafayevi vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyevi, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlunun yerinə  450 km aralıdan - Gəncədən Zaman adlı dostunu gətirib:

"Bununla yanaşı, Etibar Nəbiyev Nazim Fərzəliyevi Bas mühəndis, Nəzakət Mursaqulovanı isə Kadrlar şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıb.  Abşeron Bağlar idarəsindən Həzrət Abbasovu isə özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə aşağı vəzifəyə - Abonent işləri şöbəsinin müdiri postuna endirib. Bir sözlə, idarədə labirintli olaylar səngimir...".

Mövzu iləı bağlı araşdırmalarımız davam edir.

Samir MUSAYEV

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri