Icma.az
close
up
RU
Zaur, Xoşqədəm, Elgizin verilişi ilə bağlı YENİ TƏLƏB

Zaur, Xoşqədəm, Elgizin verilişi ilə bağlı YENİ TƏLƏB

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin verilişinə görə ARB-yə xəbərdarlıq edilib. Belə ki, kanalda 21 may 2025-ci il tarixdə yayımlanan “Elgizlə izlə” proqramı zamanı aparıcı və qonaqlar tərəfindən səsləndirilən “Qadını özbaşına buraxsan, evin yıxılar”,  “Qadını tanımaq üçün ona pul və azadlıq vermək lazımdı”, kimi fikirlər narazılıq yaradıb. Digər tərəfdən, Audiovizual Şura dəfələrlə oxşar formatda yayımlanan proqramlarla bağlı iclaslar keçirib, müxtəlif kanallara töhmət verilib. Xüsusilə, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal və sair kimi aparıcıların təqdimatında yayımlanan verilişlər tənqid edilir. Davamlı irad və cəzalara baxmayaraq, heç bir nəticənin çıxarılmadığı düşünülür. Bildilir ki, sözügedən tədbirlər sadəcə formal xarakter daşıyır.

Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli deyib ki, bu tip proqramlar əsasən əyləndirmə xarakteri daşıyır və jurnalistika ilə əlaqəsi yoxdur:

“Televiziya sintetik məkandır və sahəsi genişdir. Jurnalistika cəmiyyəti məlumatlandırmalıdır. Elgizin və digərlərinin verilişində isə məqsəd bu deyil, əyləncədir. Bu, birbaşa televiziyanın siyasəti ilə bağlı məsələdir. Proqram menecerləri auditoriyanı cəlb etməyin üsullarını öyrənir və tətbiq edir. Nə qədər ki reklam bazarı sərbəst deyil, belə verilişlər çox olacaq. Maraqlı məqam odur ki, eyni formatda yayımlanan verilişləri kim maliyyələşdirir? Reklam verənlər məzmundan çox, reytinqə diqqət yetirirlər. Belə olan halda, onların qarşısına sosial öhdəlik qoyulmalıdır. Reklamçılar ictimai rəylə hesablaşmalıdırlar”.

Zeynal Məmmədli

Ekspert əlavə edib ki, belə sistemin bütün kanallarda yayılması diqqət çəkir:

“Burada söhbət konkret aparıcılardan deyil, sistemdən, menecerlərin yanaşmasından və proqramçılardan gedir. Ona görə də xəbərdarlıqlar formal qalır və telekanallara təsir göstərmir”.

Ləman Hüseynzadə
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri