Icma.az
close
up
RU
Zaurların başını onlar yedi

Zaurların başını onlar yedi

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan teleməkanında inqilabi dəyişiklik baş verdi. Hamının baxdığı, amma hamının da tənqid etdiyi sosial məzmunlu bir neçə məşhur veriliş bağlandı. Bundan sonra efirdə Xoşqədəm heç kimin ərini, Zaur heç kimin arvadını danlamayacaq. Hətta "Ay Zaur"un şit gülüşünə də həsrət qalacağıq...
Hələ bu hamısı deyil. Zaurların özlərindən xeyli gənc olan adaşları - Zaur Nəbioğlu da mikrofonsuz qalıb. Bundan sonra heç kim manıs tayfasına əttökən suallar verməyəcək.
Teleməkanda əsən "inqilab rüzgarı" Elgizi də "vurdu". Aparıcı həmkarları ilə müqayisədə daha səmimi olan, olduğu kimi görünən Elgiz Əkbərin də verilişi tarixə qovuşdu. Ərinin başına gündə ən azı iki qapaz vuran arvadlar bundan sonra studiyaya gəlib Elgizi hirsləndirməyəcəklər.
Bu verilişlərin bağlanması sosial sifariş idi. Reytinq xatirinə şəxsi həyata müdaxilə, insan faciəsi üzərində şou yaratmaq qüsurlu davranış idi. Aparıcıların pul qazanmaq xatirinə etdiyi hərəkətlər jurnalist etikası ilə bir araya sığmırdı. Nəticə belə də olmalıydı. Su səhəngi suda sınmalıydı...
Paradoksal vəziyyət yaranmışdı: axşam Zaurun, Xoşqədəmin verilişinə baxanlar şəhər onları söyürdü. Xoşqədəmin, Zaurun verilişinin bağlanmasını tələb edənlər toyda, şənlikdə onları görəndə qabağına qaçıb şəkil çəkdirənlər idi. "Zaur, Xoşqədəm, Elgiz hər gün icazəsiz evlərimizə soxulur, ailə dəyərlərimizi zədələyir" deyənlər hər gün evdə ekran qarşısında oturub onların verilişinə tamaşa edirdilər.
Bu kütləni Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Elgiz Əkbər, Zaur Nəbioğlu yaratmışdı. Axırda da kütlə onların öz başını "yedi".
Özü yıxılan ağlamaz...
N.Quluzadə
Metbuat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Mart 2026 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see379

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see315

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see273

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see235

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see226

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see217

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see214

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see191

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see186

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see178

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see175

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see172

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see172

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see167

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see166

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see164

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see156

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see150

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see149

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri