Zavod partlayış oldu 10 dan çox insan xəsarət alıb
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
ABŞ-nin Pensilvaniya ştatının Sagertaun şəhərində LORD korporasiyasının zavodunda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Telekanalın məlumatına görə, xəsarət alanlar arasında dörd yanğınsöndürən və müəssisənin beş əməkdaşı var.
“Yanğınsöndürənlərin hadisə yerinə gəlməsindən dərhal sonra güclü partlayış baş verib <...> Zavoda dəyən ziyan ciddidir”, – məlumatda qeyd olunub.
Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.
Müəssisədə avtomobil, aerokosmik, sənaye və neft-qaz sektorlarında istifadə olunan yapışqanlar, örtüklər və xüsusi materiallar istehsal olunur.
Bu mövzuda digər xəbərlər:Cənubi Koreyada zavod yandı 10 dan çox ölü var
21 Mart 2026 20:17
Günəşdə 10 dan çox partlayış qeydə alınıb
02 Avqust 2025 16:27
Təl Əvivdə 10 dan çox partlayış olub
01 Aprel 2026 22:54
Ukraynanın qərb bölgəsinə dron hücumu edilib, Lvovda 10 dan çox insan xəsarət alıb
24 Mart 2026 20:19
Metro yaxınlığında partlayış olub, 10 nəfər xəsarət alıb
27 May 2025 23:15
Baxış sayı:109
Bu xəbər 10 Fevral 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















