Zaxarova: ABŞ hərbi texnikasının Ermənistana köçürülməsi regionda sabitliyə zərbə vuracaq
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiya tərəfi ABŞ-nin Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə müxtəlif avadanlıq və texnika köçürmək niyyətində olduğu ilə bağlı xəbərləri görüb".
Oxu.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu mövzuda NEWS.ru-nun sualına cavab verərək qeyd edib ki, əgər məlumat təsdiqlənərsə, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq.
"Mən indi hər hansı hipotetik fərziyyələr qurmağı lazımlı hesab etmirəm, lakin əgər bu məlumat təsdiqlənərsə, əlbəttə ki, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq", - diplomat vurğulayıb.

Yunanıstandan Rusiya hərbi texnikasının Ermənistana ixracı ilə bağlı müraciət almamışıq Zaxarova
27 Noyabr 2024 23:33
Zaxarova Ermənistana xəbərdarlıq etdi
14 Fevral 2025 16:22
Zaxarova: Qərbin Ermənistana destruktiv təsiri...
16 Yanvar 2025 15:59
Zaxarova: Yunanıstandan Rusiya hərbi texnikasının Ermənistana təkrar ixracı ilə bağlı heç bir müraciət almamışıq AZƏRTAC
27 Noyabr 2024 22:39
Paşinyan onu Ermənistana buraxmadı: Zaxarova qəzəbləndi
18 Dekabr 2024 13:25
