Zaxarova: Bakı və İrəvan birbaşa dialoqa üstünlük verir
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəsmi Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesini dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, regiona qonşu ölkələr də Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır: “Biz əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini alqışlayırıq və dəstəkləyirik. Bakı ilə İrəvan arasında dayanıqlı sülh bütün Cənubi Qafqazda sabitlik və çiçəklənmənin əsas faktorlarından biridir. Bunda təkcə region ölkələri deyil, həm də onların qonşuları - Rusiya, İran və Türkiyə də maraqlıdır”.
Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatları xatırladan Zaxarova deyib ki, bu razılaşmalar əsasında Bakı ilə İrəvan arasında bir sıra sahələr üzrə qarşılıqlı əməkdaşlıqla bağlı yol xəritəsi hazırlanıb.
Rusiya XİN sözçüsü vurğulayıb ki, tərəflərdən heç biri bu razılaşmalardan öz imzasını geri çəkməyib.
“Gördüyümüz kimi, hazırda Bakı və İrəvan birbaşa dialoq aparmağa üstünlük verir. Təbii ki, biz bu qərara hörmət edirik. Bununla belə, əvvəlki kimi, tələb olunacağı təqdirdə, tərəfdaşlarımıza ən geniş spektrlı məsələlərlə bağlı yardım etməyə hazırıq”, - Zaxarova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















