Zaxarova: Rusiya, Azərbaycan və İran Şimal Cənub dəhlizini inkişaf etdirir
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, xüsusilə dəmir yolu xəttinin genişləndirilməsi layihəsini həyata keçirir.
“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya üç ölkənin nəqliyyat dəhlizinin potensialının ardıcıl surətdə genişləndirilməsini hədəflədiyini məmnunluqla qeyd edir.
"Yeri gəlmişkən, avtomobil marşrutu çoxdan işə salınıb və uğurla fəaliyyət göstərir. Yük axınının həcmi ildən-ilə inamlı templərlə artır. İndi dəhlizin qərb hissəsində dəmir yolu logistikasının yaradılması ilə məşğuluq. Bu, Rəşt və Astara şəhərləri arasındakı sahənin tikintisi layihəsinin həyata keçirilməsindən sonra mümkün olacaq. Bu sahənin uzunluğu 162 kilometrdir", - M.Zaxarova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Fevral 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















