Zaxarova təyyarə qəzası ilə bağlı: Diplomatlarımız artıq Aktauya göndəriliblər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra rusiyalı diplomatlar Qazaxıstana yola düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı məlumat verib.
"Rusiya Federasiyasının Astana və Bakıdakı səfirlikləri, Uralskdakı (Qazaxıstan) Baş Konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli xidmətlərinin nümayəndələri ilə sıx əlaqə saxlayır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalan həmvətənlərə yardımın təşkili üçün artıq Aktauya göndəriliblər", - deyə Zaxarova bildirib.
O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















