Zaxarovadan SON DƏQİQƏ İrəvan açıqlamaları
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında strateji seçimini mümkün qədər tez etməsi lazımdır.
Bakupost.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı davranışını Aİİ-yə vicdanlı üzvlük kimi qiymətləndirmək olmaz.
Zaxarovanın sözlərinə əsasən, Ermənistan hakimiyyətinin açıqlamalarından belə çıxır ki, İrəvan üçün Aİİ-də iştirak yalnız Avropa İttifaqına üzvlüyə hazırlıq məqsədi daşıyan müvəqqəti mərhələdir.
Rusiya XİN rəsmisi həmçinin baş nazir Nikol Paşinyanın Aİİ ilə bağlı son bəyanatlarını tənqid edib.
"Paşinyan Aİİ ilə bağlı son açıqlamalarıyla söhbəti yenidən başqa istiqamətə, demaqogiya müstəvisinə aparır. Bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması zamanı baş verənlərin təkrarıdır", - Zaxarova deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 İyun 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















